BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
60699

Qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq  yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər.

Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.

Ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

“İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25  min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15 min manat təşkil edir.

2024-cü ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 min manat ödəniş edib.

“İcbari Sığorta  Bürosu” Hüquqi Şəxslərin İttifaqı olaraq bildiririk ki, yanğın və təbii fəlakətlər gözlənilməz anlarda əmlakınızı təhlükə altına sala bilər. Bu təhlükələrin yarada biləcəyi maddi itkilərdən qorunmaq üçün əmlakın sığortalanması vacibdir. 

Gələcəyinizi təhlükəsiz etmək üçün əmlakınızı sığortalayın və gözlənilməz hadisələr zamanı özünüzü güvəndə hiss edin! 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xanlar Vəliyevin yeni vəzifəsi məlum oldu

Şərurlu İsfəndiyardan daha bir şikayət: "18 ildir mənə 73 min dollar borcludur"

Hakim yarım milyonluq qızıla görə tutulanların həbsinin davamına qərar verdi

İnvestisiya şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək – Rəsmi tarix açıqlanıb

Sağlam olan 26 nəfərə "yararsız" sənədi verilib, 36 nəfər isə yararsız olduğu halda xidmətə çağırılıb

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin