BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
60518

Bir vaxtlar liberal düşüncəlilərin sevimlisi olan "Tesla"nın baş icraçı direktor İlon Maskın (Elon Musk) Trampı dəstəkləməsi və sağçı konspirasiya nəzəriyyələrinə yaxınlaşması ilə ciddi etirazla qarşılaşıb. İndi bəzi "Tesla" sahibləri avtomobillərinin üzərində Mask əleyhinə narazılıqlarını açıq şəkildə nümayiş etdirirlər.  

Valyuta.Az-ın məlumatına görə Maskın Trampa dəstək verməsi və ABŞ prezident seçkilərində ona qələbə qazanmaqda kömək etməsindən sonra, "Tesla" sahibləri multimilyarder Maskdan uzaqlaşmaq üçün avtomobillərinə müxtəlif stikerlər yapışdırmağa başlayıblar. Bu hadisədən sonra Mask əleyhinə stikerlərin satışı kəskin şəkildə artıb.  

Onlayn platformada Maskı tənqid edən stikerlər satan Mett Hiller (Matt Hiller) bildirib ki, seçkilərdən sonrakı gün onun üçün ən böyük satış günü olub. “İnsanlar bir milyarderin siyasi administrasiyaya pulla daxil olduğunu gördü və bu, onları qəzəbləndirdi,” deyə Hiller qeyd edib.  

Hiller, keçən il "Tesla" almaq fikrindən daşınıb və bu qərarını Maskın “dəhşətli insanları dəstəkləməsi və başqalarını susdurması” ilə əlaqələndirib. O vaxtdan bəri "Anti Elon Tesla Club", "Mən bunu Elon dəli olmamışdan əvvəl almışam" və ya Maskın klaun makiyajı ilə "Kosmos Klaunu" kimi şüarlar yazılmış yüzlərlə stiker satılır.  

"İnsanlar mənə deyirlər ki, bu stikerlərlə avtomobillərini yenidən rahatlıqla sürə bilirlər," deyə Hiller əlavə edib. O, həmçinin "Etsy" və "Amazon" üzərindən satılan məhsullar üçün "Elon pişiyimi yedi" kimi ironik ifadələr də hazırlayıb. Bu ifadə Ohayoda miqrantların ev heyvanlarını yeməsi ilə bağlı əsassız yalan xəbərə işarə edir.  

Bir zamanlar ABŞ-da liberallar arasında ekologiyanın müdafiəçisi və texnologiya pioneri kimi qəbul edilən İlon Mask, "Tesla"nı dünyanın ən dəyərli avtomobil şirkətinə çevirməklə və “iqlim dəyişikliyini əsrin ən böyük təhdidi” adlandırmaqla diqqət mərkəzində idi. Lakin onun bu gün 314 milyard dollar dəyərində sərvəti olmasına baxmayaraq, son davranışları əvvəlki nüfuzunu kölgə altına salıb.  

Elektrik avtomobili alıcılarının bir vaxtlar İlon Mask (Elon Musk) haqqında yüksək fikirdə olmasına baxmayaraq, onun "X" platformasında sağçı konspirasiya nəzəriyyələrini yayması, "oyanmış zehin virusu" barədə şiddətli açıqlamaları və Trampa dəstəyini coşqu ilə ifadə etməsi bu münasibəti dəyişib. Mask, hətta Trampın seçkiqabağı mitinqlərində iştirak edib və seçki kampaniyalarının əsas döyüş meydanlarındakı xərclərini maliyyələşdirib.  

Artıq Mask, Trampın yeni administrasiyasında "Hökumət Səmərəliliyi Departamenti" adlı quruma rəhbərlik edərək ABŞ hökumət işçilərinin kütləvi ixtisarlarını planlaşdırır. Bu vəziyyət bəzi "Tesla" sahiblərini ciddi şəkildə narahat edib. Las Veqasda yaşayan gimnastika müəllimi Mika Hyuston (Mika Houston) bildirib: “İlonun ölkəmizi irəli aparacağını düşünürdüm, amma o, pis niyyətli bir şəxs kimi görünür. Bu qədər pullu birinin siyasətçilərlə yaxın olması qorxuncdur.”

Mask əleyhinə yaranan bu narazılığın "Tesla" şirkətinə necə təsir edəcəyi hələ ki, bəlli deyil. Şirkət ABŞ-da elektrik avtomobili bazarının lideri olaraq qalır. Lakin bu ilin son rübü üçün satışların ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalacağı gözlənilir. Analitiklər bunu rəqabətin artması və "Tesla" model xəttinin demək olar ki, dəyişməməsi ilə izah edirlər. Yalnız "Cybertruck" modelinin təqdimatı böyük marağa səbəb olub.  

“Artıq "Tesla" bazarda tək deyil və yeni məhsullar təqdim etməkdə kifayət qədər aktiv davranmayıb,” deyə "Cox Automotive"in sənaye araşdırmaları direktoru Stefani Valdez Striti (Stephanie Valdez-Strict) qeyd edib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin