BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
60505

Bir çoxlarımız "sirli" 13-cü maaş barədə eşitmişik. Hətta bəzilərimiz bu mükafatı alan bəxtəvərlədən biriyik. Bəs 13-cü maaş nədir, kimlərə verilir və nə cür hesablanır, işəgötürən bu pulu ödəməyə borcludurmu? Bu məqaləmizdə çalışacayıq bu suallara cavab verək.

"13-cü maaş" nədir?

Valyuta.Az xəbər verir ki, "13-cü maaş" - ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd - işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır. "13-cü maaş" anlayışı hələ sovet vaxtlarında yaranmışdır. Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.

Hüquqi əsasları

Nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

► pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
► əlavə məzuniyyət verilməklə;
► əmək haqqına fərdi əlavə edilməklə;
► daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
► sanatoriya-kurort müalicəsi, turist səfərləri
► yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Buradan nəticə çıxarda bilərik ki, "13-cü maaşın" verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə "13-cü maaşı" öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir. Və bu qanun pozuntusu deyil.

Müəssisə və işçilər ilə bağlanılan əmək müqavilələrində, kollektiv müqavilələrdə "ilin sonuna mükafatlandırma" barədə bənd varsa, bu zaman, vəziyyət başqa cür ola bilər. Müəssisə bu zaman "13-cü maaşı" verməyə bocludurmu? Təbii ki bəli. Çünkü bu barədə əmək müqaviləsində qeyd var və müəssisə öhdəlik götürüb ki, ilin sonunda müəssisənin nəticələrindən asılı olaraq işçilər mükafatlandırılacaqlar. Əgər ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman, işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.

"13-cü maaş" nə vaxt verilir?

İlin nəticələrinə görə pul mükafatı müəssisə tərəfindən adətən yeni il bayramından öncə verilir. Hər şey müəssisənin rəhbərliyinin qərarından, hesablama qaydasından, müəssisədaxili maliyyə və kadr siyasətindən asılıdır. Bəzən, ilin nəticələrinə görə pul mükafatı və ya "13-cü maaş" il bitdikdə və müəssisənin maliyyə hesabatları dərc edildikdən sonra verilir.

"13-cü maaş"ın məbləği və onun hesablanması.

"13-cü maaş"-ın məbləğinin nə qədər olması və nə cür hesablanması müəssisə rəhbərliyinin qərarı əsasında müəyyən edilir. Bu məbləğin nə qədər olmasını öncədən pronozlaşdırmaq çətindir. Əgər ilin malyyə nəticələrinə görə müəssisə yüksək mənfəət əldə edibsə, mükafatın verilməsinə ümid var, əks halda, müəssisə ili zərər ilə başa vurubsa, mükafatın verilməsi çətinləşir.

"13-cü maaşın" hesablanması müxtəlif qaydada aparıla bilər:

► sabit məbləğ formasında
► işçinin əmək haqqısının müəyyən faizi miqdarında, və ya
► işçinin orta aylıq əmək haqqısı miqadırında.

© Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin