BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
60485

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.

2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60 minə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər.

Ümumilikdə, AzTV-də 1234, “REAL” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Space” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"TikTok"u zəbt edən qeyri-etik paylaşımlar: Sosial şəbəkələrlə bağlı qanun niyə qəbul edilmir?

İşçiyə verilən töhmətin əsassız olduğu necə sübut edilə bilər?

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

İşə qəbulda yaş məhdudiyyəti - 35 yaşdan yuxarı olanlar niyə işə götürülmür?

Ən bahalı alış-veriş küçələri olan şəhərlər - Milan, İstanbul, London...

Süni zəkanın irqçi və qərəzli mövqeyi - ARAŞDIRMA

Sabah Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin