
Dünya bazarlarında neft və qazın son qiyməti
Dünya bazarlarında neft ucuzlaşıb.
Valyuta.Az "APA"ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 1,29% azalaraq 1 barelə görə 71,84 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 1,05% azalaraq 1 barelə görə 68 ABŞ dolları olub.
NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində isə artım qeydə alınıb.
Belə ki, yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4,96% artaraq 3,36 ABŞ dolları təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay