BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
60481

Kanadanın bir qrup xəbər və media şirkəti "OpenAI"ə qarşı məhkəmə iddiası qaldıraraq, "ChatGPT"nin yaradıcılarının onların müəllif hüquqlarını pozduğunu və bu yolla əsassız gəlir əldə etdiyini iddia edib.  

Valyuta.az "TechCrunch"a istinadən xəbər verir ki, məhkəmə iddiasını irəli sürən şirkətlər arasında "Toronto Star", Kanada Yayım Korporasiyası (CBC), "The Globe and Mail" və digər nüfuzlu qurumlar var. Şirkətlər maddi təzminat tələb edir və "OpenAI"nin onların işlərindən gələcəkdə istifadəsini qadağan etməyə çalışırlar.  

Şirkətlər bildirib ki, "OpenAI" onların vebsaytlarından götürülən məlumatları "ChatGPT"nin böyük dil modellərini hazırlamaq üçün istifadə edib. Onlar qeyd edir ki, bu məzmun "media şirkətlərinin, onların jurnalistlərinin, redaktorlarının və əməkdaşlarının böyük zaman, zəhmət və maliyyə sərfiyyatı ilə ərsəyə gətirilmiş məhsuludur."

Məhkəmə sənədlərində bildirilib: "Məlumatları qanuni şəkildə əldə etmək əvəzinə, "OpenAI" Media agentliklərinin qiymətli intellektual mülkiyyətini açıq şəkildə mənimsəyərək, onu öz istifadəsi, o cümlədən kommersiya məqsədləri üçün razılıq və ya qarşılıq olmadan çevirməyi seçib."  

"OpenAI" daha əvvəl "The New York Times", "New York Daily News", YouTube məzmun yaradıcıları və komediya ustası Sara Silverman (Sarah Silverman) daxil olmaqla, digər müəllif hüquqları iddiaları ilə də üzləşib.  

Hərçənd "OpenAI" "Associated Press", "Axel Springer" və "Le Monde" kimi nəşriyyatlarla lisenziya müqavilələri imzalayıb, bu yeni iddiada iştirak edən şirkətlər qeyd edir ki, onlar "OpenAI"dən işlərinə görə heç bir ödəniş və ya hər hansı qarşılıq almayıblar.  

"OpenAI" nümayəndəsi bəyanatında bildirib ki, "ChatGPT" “dünyada yüz milyonlarla insan tərəfindən gündəlik həyatlarını yaxşılaşdırmaq, yaradıcılığı təşviq etmək və çətin problemləri həll etmək üçün istifadə olunur.” Nümayəndə əlavə edib ki, şirkətin modelləri “ictimaiyyətə açıq məlumatlarla və ədalətli istifadə prinsipləri ilə uyğun olaraq, yaradıcıların hüquqlarını qoruyaraq və innovasiyaları dəstəkləyərək hazırlanır.”  

“Biz xəbər nəşriyyatları ilə sıx əməkdaşlıq edirik, o cümlədən "ChatGPT" axtarışında onların məzmununa istinadların və linklərin göstərilməsi üçün. Həmçinin onların məzmunlarının istifadəsindən asanlıqla imtina etmələri üçün yollar təklif edirik,” "OpenAI" nümayəndəsi əlavə edib.  

Bu məhkəmə iddiası, Kolumbiya Universitetinin Rəqəmsal Jurnalistika üzrə Tow Mərkəzinin apardığı bir tədqiqatın dərcindən sonra ortaya çıxıb. Tədqiqatda vurğulanıb ki, ""OpenAI" ilə əməkdaşlığının səviyyəsindən asılı olmayaraq, heç bir nəşriyyat "ChatGPT"də öz məzmununun yanlış təqdimatından xilas olmayıb."  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin