BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
60243

Yeni dərs ilinin başlamasından sonra  da kirayə mənzil bazarında canlanma davam edir. Əmlak ekspertləri Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər.

“Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib.

“Ancaq biz praktikada nəyi müşahidə edirik? Bu hallar uçota durmaq baxımından onlara çətinlik yaratdığından bir növ həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirib çıxarır. Bu baxımdan belə bir şərait yaradılır ki, mənzilləri kirayəyə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilsinlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqdır”, - Baş İdarə rəisi əlavə edib.

Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıb. Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayə haqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq. Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.    

Məlumat üçün bildirək ki, oktyabr,  noyabr aylarında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub. Xüsusilə tələb olunan mənzil növləri üzrə artım daha yüksək olub. Ümumi tendensiyalara əsasən, 1 otaqlı mənzillər ayda 250-400 AZN, 2 otaqlı mənzillər 400-700 AZN, 3 otaqlı mənzillər isə 600-1500 AZN arasında dəyişir.

Dəllallar bizimlə söhbətdə bildirib ki, oktyabr ayında qiymətlər nisbətən sabit olsa da, noyabrda artım daha çox özünü göstərib. Bunun səbəbləri kimi keçirilən beynəlxalq tədbirlər, iqtisadi inkişaf və Bakıya axının artması göstərilir. Eyni zamanda şəhər mərkəzində qiymətlərdə artım daha çox müşahidə olunur, mərkəzdən kənar ərazilərdə isə sabitlik qalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, böyük şəhərlərdə, xüsusilə Bakıda mövcud olan daşınmaz əmlakların böyük hissəsi kirayə verilmək məqsədilə alınır: 

“Kirayə verilən əmlaklar təkcə mənzillər deyil, həmçinin bütün daşınmaz əmlaklar sırasında olan qeyri-yaşayış obyektlərinin 90 faizdən artığı  müxtəlif şəxslərə kirayə verilir. Aylıq kirayə qiymətlərinə baxsaq, qiymətlərdə daima artım müşahidə olunur. Təkcə paytaxtda on minlərlə mənzil kirayə verilir ki, bu mənzillərdə qalanların böyük bir hissəsi tələbələr, bölgələrdən gələnlər, həmçinin paytaxt sakinlərinin özləridir. Əksər hallarda kirayə verilən mənzillər vergiyə cəlb olunmur. Buna əsas səbəb onların bağladıqları kirayə müqaviləsi alqı-satqı ofisləri tərəfindən bağlanmasıdır. Alqı-satqı ofisləri əgər rəsmi formada fəaliyyət göstərirsə, onlar öz əldə etdikləri gəlirdən vergi verirlər. Lakin mənzil sahibləri əldə etdikləri kirayə pullardan əksər hallarda vergi ödəmirlər. Buna müxtəlif səbəblər var. Səbəblərdən bəziləri vətəndaşların bir hissəsinin bundan məlumatsız olmasıdır. Məlumat olmadığına görə vergi uçotuna dayanmır və vergi ödəmirlər. Vergilərin 14 faizi kirayə verən və kirayə götürənin qarşılıqlı razılaşması əsasında öz aralarında müqavilə formasında bağlanılır. Bu müqavilə rəsmi hüquq daşımır.  Mənzil sahibi aldığı kirayə pulunun 14 faizini vergiyə ödəyərsə, bu, birmənalı olaraq kirayə mənzil bazarında yeni qiymət artımına gətirib çıxaracaq. Yəni kirayə mənzillərin aylıq kirayə qiymətlərində yeni qiymət artımına gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, vətəndaşların bu sahəyə könüllü formada cəlb olunması üçün faiz dərəcəsinin aşağı düşməsi insanları bu sahəyə cəlb edə bilər: 

“Çünki bir vətəndaş mənzilini kirayə verib, gəlir əldə edib rəsmi olaraq vergi ödəyirsə, gələcəkdə bu şəxslər müxtəlif bank kreditlərindən öz gəlirlərini göstərib kreditlər əldə edə bilərlər, yaxud digər sahələrdən yararlana bilərlər. Həmçinin mənzil sahibləri kirayə götürdüyü mənzilin pulunu bank vasitəsilə qanuni formada ödəyirsə, gələcəkdə onlar da hər hansı bir əmlakın alınması ilə bağlı alətlərdən istifadə edə bilərlər, onların ödəmələrdəki gecikmələrinin olmaması kredit şərtlərindən yararlanmağa şərait yarada bilər. Bu sahədə vətəndaşlarla müxtəlif maarifləndirmə işləri aparmaq lazımdır. Əgər kütləvi surətdə vergiyə cəlb olunacaqlarsa, vergilərin 14 faiz yerində qalması kirayə mənzil bazarında qiymət artımına gətirib çıxara bilər. Təbii ki, əgər faiz dərəcəsi aşağı enərsə, bu, qiymət artımına səbəb ola bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin