BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
59979

Şengen ölkələrindən hər hansı birinə səyahət etməyə icazə verən sənəd vətəndaşlar üçün əlçatmaza çevrilib. Səbəb? Əgər vizaya gedən yolda bir tərəfdən süründürməçiliyi yaradan xarici ölkələrin səfirlikləri və konsulluqlardırsa, digər tərəfdən, yerli turizm və vasitəçi şirkətlərdir.

Hazırda problemlə bağlı kütləvi narazılıqlar sosial platformalara ayaq açıb. Problemin əsas səbəbi isə xaricə səfər etmək istəyən insanların viza almaq üçün sərbəst şəkildə səfirliklərin saytından görüş yeri götürə bilməməsidir. Yerli turizm şirkətlərinə müraciət etdikdə yalnız VİP yerlərin mövcud olduğunu və bunun üçün qiymətin 200-300 AZN aralığında dəyişdiyini bildirirlər. Əgər təcili uçuşun varsa, qiymətin daha da qalxma ehtimalı var. Bu məbləğə viza dəstəyi üçün ödənilən 70-100 AZN daxil deyil. Faktı yoxlamaq üçün istənilən turizm şirkətinə telefon açmaq kifayətdir.

Rüşvətsiz görüş götürməyin yolları

Sosial platformalarda, səyahət qruplarında problemin yaranmasında yerli turizm şirkətləri ilə bərabər viza müraciətlərinə dəstək xidməti göstərən vasitəçi şirkətlərin də işbirliyinin olduğu qeyd edilir.

Yazılan statuslar və rəylər də problemin dərinliyini təsdiqləyir. “Xahiş edirəm, viza üçün rüşvətsiz görüş götürməyin yolları haqqında məlumat verəsiniz”; “Səfirliklərə görüş yeri üçün pulsuz yaxın düşmək mümkün deyil” kimi narazılıqlar baş alıb gedir. “Siz oranı da ələ keçirdiniz! Afərin sizlərə. Qabaqlar çətin də olsa səfirliklə görüş vaxtı tapa bilirdik, indi isə bütün vaxtları zəbt etmisiniz və buranı da bazara çevirmişiniz. Yəqin ki, bu işlərə də bir əncam tapılar. Ancaq başa düşün ki, belə pul qazanmaq əxlaqsızlıqdır”, - bu rəyi isə turizm şirkətlərindən birinin paylaşımına biologiya elmləri doktoru Elimxan Cəfərov yazıb.

Səyahət bloqeri Elşən İsmayılov özünün facebook profilində Almaniyanın ölkəmizdəki səfirliyinə narazılığını ünvanlayıb: “Hazırda may ayından etibarən yerlər (appointment) satılır. Səfirliyə dəfələrlə zəng edərək şikayətlər edilsə də, əhəmiyyət verilmir. Şəxsən mən 300-400 manata yer almağa məcbur olan onlarla adam tanıyıram. Ya konsul, ya da “Vizametrik” şirkəti sizə xəyanət edir”.  

Mövzu ilə bağlı sual ünvanladığımız səfirliklərin heç birindən cavab ala bilmədik.

Dövlət Turizm Agentliyi: “Məlumatlıyıq

Dövlət Turizm Agentliyindən narahatlıq yaradan sualımıza belə cavab verildi: “Qeyd olunan məsələ ilə bağlı məlumatlıyıq. Xarici ölkə səfirləri ilə ikitərəfli görüşlərdə viza prosedurları ilə bağlı vəziyyətin optimallaşdırılması üçün sözügedən məsələ mütəmadi olaraq qaldırılır. Eyni zamanda, məsələ müvafiq dövlət orqanlarının diqqətinə çatdırılır. Həmçinin turizm sənayesi üzrə ictimai təşkilatlarla da həll yolları istiqamətində mütəmadi olaraq müzakirələr aparılır. Hesab edirik ki, məsələnin öz həllini tapması ikitərəfli turizm əlaqələrinin inkişafı üçün vacib məqamdır”.

“Rüsum 30 avrodan artıq olmamalıdır”

Sorğumuza Daxili İşlər Nazirliyindən “DİN-ə aid sual deyil” cavabı gəldi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığımız sual da bir ay keçməsinə baxmayaraq cavabsız qalıb.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov isə sualımızı cavablandıraraq müraciətimizdə qeyd etdiyimiz məqamların “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi zamanı, o cümlədən Avropa İttifaqına üzv dövlətlərlə keçirilən ikitərəfli görüşlərdə dəfələrlə tərəflərindən gündəmə gətirildiyini bildirir: “2013-cü il 29 noyabr tarixində imzalanmış Sazişin 6-cı maddəsinin 3-cü bəndinə əsasən üzv dövlətlər vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Həmçinin sazişə tərəf olan ölkələr ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdırlar. Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbul tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən, ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən 2 həftə ərzində baş tutmalıdır”. İdarə rəisi qeyd edib ki, müraciətimizdə qeyd olunan məsələlərlə əlaqədar XİN tərəfindən Avropa İttifaqına və üzv dövlətlərinə müraciət ünvanlanıb.

İnsanlar Şengen zonasına səyahət etməkdən çəkinirlər 

Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə, viza rəsmiləşdirməsində çətinliklər yarandığı üçün insanlarımız Şengen zonasına səyahət etməkdən çəkinir, digər ölkələrə maraq göstərirlər. Ekspert 2010-15-ci illərdə diplomatik korpuslarda vizaların rəsmilşdirilməsində canlı növbə olduğunu xatırlayır: “Onda insanlar anketlərini onlayn deyil, fərdi şəkildə doldurur, tələb olunan sənədləri toplayaraq konsulluğa müraciət edirdilər. Orda onları birbaşa konsul və ya köməkçisi qarşılayırdı. Viza verilməsi birbaşa konsulun səlahiyyətində idi. Amma indi vətəndaşlar böyük çətinliklərlə üzləşirlər. Çünki onlayn görüş yeri götürülməsi çox ciddi problem yaradır”.

Kaspi qəzeti - Təranə Məhərrəmova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin