BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
59777

COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest LLC və Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.

Valyuta.az xəbər verir ki, bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. Clean Energy Invest LLC və Baltech Green LLC layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.

Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
"Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər," - deyə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, Baltech Group Türkiyədə bərpa olunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
Clean Energy Invest LLC, Azerbaijan Green Energy Company-nın (AGEC) törəmə müəssisəsi olaraq, bərpa olunan enerjiyə maliyyə yatırımı və idarəetməni həyata keçirir. Baş icraçı direktor Xəyalə Nağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.

Clean Energy Invest LLC-nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Eyni zamanda, Baltech Green LLC-nin idarə heyətinin sədri Bülənt Karani hər iki tərəfin bərpa olunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur – VİDEO

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin