Azərbaycanda yuxu laboratoriyaları yaradılır
Azərbaycanda yuxu laboratoriyalarının yaradılması nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov bildirib.
O qeyd edib ki, yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur:
"Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Yuxu laboratoriyasında yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər daxildir", - deyə Elviz Qasımov bildirib.
© Modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay