
Bu həftə kriptovalyuta bazarında nələr gözlənilir? - "Greekslive" açıqladı
Kriptovalyuta analiz şirkəti "Greekslive" son dalğalanmalardan sonra bazarın soyuma meylinə diqqət çəkərək öz qiymətləndirməsini paylaşıb.
Valyuta.az xəbər verir ki, "Greekslive"ə görə, 90.000 dollar səviyyəsi kriptovalyuta bazarında kritik çəkişmə nöqtəsinə çevrilib. Xüsusilə "Tesla" və "NVIDIA" kimi ABŞ-ın nəhəng şirkətləri zəif performans nümayiş etdirib. Bu müddətdə bütün diqqətlər memecoinlərə yönəlmiş, nəticədə bazara dəyişkənlik əlavə olunub. Və bu dəyişkənlik hər iki istiqamətdə əhəmiyyətli dalğalanmalara səbəb olaraq potensial riskli bir bazar mühiti yaradıb.
Kriptovalyuta bazarı ilə makroiqtisadi trendlər arasında əlaqə
Şirkət bu həftə kriptovalyuta bazarı ilə makroiqtisadi trendlər arasında daha zəif bir əlaqənin müşahidə edildiyini vurğulayıb.
Proqnoza görə, makro bazarlar sabit qalacaq. İqtisadi hadisələrin və məlumatların açıqlanmasının kriptovalyuta qiymətlərinə ciddi təsir etməsi gözlənilmir və bu, investorlar üçün nisbətən sabit bir mühit təmin edə bilər.
Həmçinin həftə ərzində bazara təsir edə biləcək mühüm hadisələr:
18 noyabr:
Qlobal iqtisadi siyasətlərə təsir edə biləcək, G20 sammitinin başlaması
19 noyabr:
Avstraliya Mərkəzi Bankı noyabr ayı pul siyasəti iclasının protokollarını açıqlayacaq.
21 noyabr:
ABŞ-da həftəlik işsizlik müraciətləri açıqlanacaq.
EFMA Beynəlxalq Maliyyə Forumu Parisdə keçiriləcək.
22 noyabr:
ABŞ-ın yüksək vəzifəli rəsmilərinin çıxışları gözlənilir.
Noyabr ayının yekun "Michigan" istehlakçı inam indeksi elan olunacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay