BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
59580

"Ələt Azad İqtisadi Zonasında özəl aeroportun yaradılması sözügedən ərazidə cəlbediciliyi daha da artırmaqla yanaşı, investisiya axınına da müsbət təsir göstərəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşasının verəcəyi dividendlər barədə danışarkən deyib:

"Azərbaycanda strateji mövqe ölkəni nəqliyyat qovşağına çevirməkdir. Xüsusilə də burada önə çıxan yükdaşıma məsələsidir. Hava nəqliyyatı ilə yükdaşımada isə özəl sektorun iştirakçılığı daha çoxdur. Ələt Azad İqtisadi Zonasından söhbət gedirsə, burada müxtəlif nəqliyyat növlərinə əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir. Orada avtomobil, dəmiryol nəqliyyatı və dənizə çıxış var. Bu fonda hava nəqliyyatı üçün infrastruktura da ehtiyac vardır. Çünki hava nəqliyyatı dünyada ən sürətli yükdaşımanı təmin edən mexanizm olaraq qalır. Bu aspektdən düşünürəm ki, Ələt Azad İqtisadi Zonasının uzunmüddətli inkişaf perspektivi üçün həmin aeroportun tikilməsi çox vacib elementdir.

Yükdaşımanın sürətinin artırılması, xüsusən də həssas məhsulların daşınmasında daha təhlükəsiz daşınma aləti olaraq bu nəqliyyat növünün təmin edilməsilə prosesin gələcəkdə həmin ərazilərə cəlb edilən investisiyanın strukturuna təsirini də müşahidə edəcəyik. Yəni bu addım imkan yaradır ki, Azərbaycanda yük daşımalardan əldə olunan gəlirlərin artması ilə yanaşı, azad ticarət zonasının subyektləri, rezidentləri də daha əlverişlli hava nəqliyyatı infrastrukturundan istifadə etsin. Çünki ölkədə ən ciddi problemlərdən biri hava nəqliyyatında tətbiq edilən tariflərdir. Ələtdə yeni aeroportun fəaliyyət göstərməsi isə bu istiqamətdə xərc yükünü azaltmaqla daha optimal qiymətə yükdaşıma xidmətini təşkil etməyə imkan yaradacaq”.

Qeyd edək ki, Azərbaycanda özəl aeroport tikiləcək. "Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa edəcək. Bu barədə Fed.az məlumat yayıb.

Yeni yük hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq, yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. 

Hava limanının tikintisinin 2026-cı ildə başa çatdırılacağı bildirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır – İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin