BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
59308

KPMG tərəfindən aparılan 2024-cü il “Qlobal CEO Proqnozları” araşdırmasının nəticələri, süni intellektin iş qüvvəsinə təsiri ilə bağlı CEO-ların müsbət yanaşma sərgilədiyini göstərir. İşdən çıxarılma narahatlığına baxmayaraq, CEO-ların əksəriyyəti süni intellektin işçi sayını azaltmayacağına inanır. Araşdırmaya qatılan CEO-ların 76 %-i qarşıdakı üç il ərzində süni intellekt səbəbindən iş itkisi yaşanmayacağı fikrini müdafiə edir.

Valyuta.az "Trİnvesting"ə isinadən xəbər verir ki, CEO-lar həmçinin pandemiya dövrü öncəsi iş rejiminə qayıtmaq məsələsini də nəzərdən keçirirlər. Araşdırmaya görə, CEO-ların yaşı artdıqca ofisə qayıdışa daha ciddi yanaşma nümayiş etdirirlər. 40-49 yaş qrupundakı CEO-ların 75 %-i, 50-59 yaş qrupundakıların 83 %-i və 60-69 yaş qrupundakıların 87 %-i ofisə qayıdışı dəstəkləyir. Cinsiyyət baxımından isə kişi CEO-ların 84 %-i tam qayıdışı dəstəkləyərkən, qadın CEO-ların 78 %-i bu fikri bölüşür.

CEO-lar qlobal iqtisadiyyata olan inamı itirirlər

Araşdırma CEO-ların qlobal iqtisadiyyata olan inamının azaldığını göstərir. 2015-ci ildə bu inam 93 % olduğu halda, 2024-cü ildə 72 %-ə enmişdir. CEO-lar iqtisadi artımı təhdid edən amillərin artdığını bildirirlər. Təchizat zənciri qırılmaları və əməliyyat problemləri CEO-ların ən böyük narahatlıqları arasında yer alarkən, kiber təhlükəsizlik və geosiyasi qeyri-müəyyənliklər əvvəlki qədər prioritet təhlükə kimi qəbul edilmir.

Növbəti üç ildə CEO-lar üçün rəqəmsallaşmanı inkişaf etdirmək, məhsuldar süni intellekt tətbiqlərini həyata keçirmək və ESG (Ekoloji, Sosial və İdarəetmə) layihələrini davam etdirmək kimi sahələr prioritet sayılır. “KPMG Türkiyə”nin ölkə rəhbəri Murat Alsan bu proseslərdə doğru texnologiya və bacarıqlara investisiya qoymağın vacibliyini vurğulayır və CEO-ların çətinliklərə uyğunlaşaraq dayanıqlı böyümə əldə edə biləcəklərini qeyd edir.

Süni intellektə investisiyalarda qərarlılıq davam edir

İqtisadi qeyri-müəyyənliyə baxmayaraq, araşdırmaya qatılan CEO-ların 64 %-i süni intellektə investisiya qoymağı planlaşdırdığını bildirir. Süni intellektin məhsuldarlığı artırmaq, iş qüvvəsini gələcəyə hazırlamaq və korporativ innovasiyanı dəstəkləmək kimi böyük potensiala malik olduğu düşünülür. Lakin CEO-ların 61 %-i süni intellekt tətbiqlərində üzləşilə biləcək etik çətinliklərin həll edilməli olduğunu vurğulayır.

Bütün bu müsbət yanaşmalara baxmayaraq, CEO-lar işçilərin süni intellektdən yetərincə faydalanmadığını qeyd edirlər. Mövcud işçilərin yalnız 38 %-nin süni intellektin üstünlüklərindən tam yararlanmaq üçün tələb olunan bacarıqlara sahib olduğu düşünülür. Həmçinin, CEO-ların 58 %-i məhsuldar süni intellektin başlanğıc səviyyədəki vəzifələrdə bacarıq tələbatını dəyişdiyini qəbul edir.

Ekoloji risklər CEO-ların gündəmində daha çox yer tutur

Araşdırma göstərir ki, ekoloji risklər CEO-ların gündəmində daha yüksək prioritet qazanır. On il əvvəllə müqayisədə CEO-lar ESG məsələlərində gözləntiləri qarşılamamağın rəqibləri qarşısında dezavantaj yaradacağını vurğulayırlar. CEO-ların 68 %-i idarə heyətinin mümkün narahatlıqlarına baxmayaraq, siyasi və ya sosial baxımdan mübahisəli bir mövqe tutacaqlarını ifadə edir.

Yaş qruplarına görə baxıldığında, gənc CEO-lar bu məsələdə daha inamlı görünürlər. 40-49 yaş arasındakı liderlərin 43 %-i, 50-59 yaş aralığındakıların 33 %-i və 60-69 yaş qrupundakıların isə 30 %-i ESG ilə bağlı baxışlarında özlərinə güvəndiklərini bildirirlər. Bu da gənc liderlərin ekoloji məsələlərdə daha proaktiv yanaşma sərgilədiyini göstərir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin