BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.84
  • RUB
    2.0443
  • TRY
    0.0448
  • GBP
    2.1992
59098

ABŞ seçkilərində qalib gələn Donald Tramp gələn ilin may ayına qədər dünya bazarında neftin qiymətini 50 dollar/barelə qədər endirə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə rusiyalı oliqarx Oleq Deripaska "Telegram"da yazıb.

"Sabahınız xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara qədər enə bilər", deyə milyarder bildirib.

"The Moscow Times" yazır ki, Donald Tramp həqiqətən də neftin qiymətinin aşağı salınması məsələsi ilə ciddi məşğul olmaq niyyətindədir. Xüsusilə, o, seçkilərdə qalib gəldikdən sonra ilk çıxışında neft quyularının kütləvi işlənməsinə başlayacağına söz verib.

"Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan çox", deyə Tramp bildirib. 

Bu açıqlamadan sonra Brent markalı neft 2% ucuzlaşıb.

Qeyd edək ki, Ukrayna avrobondları Trampın seçkilərdə qələbəsi xəbərləri fonunda bahalaşıb. Mütəxəssislər bunu investorların ABŞ-ın yeni prezidentinin müdaxiləsi sayəsində müharibənin tez bitəcəyinə ümid etmələri ilə izah edirlər. Bununla belə, Rusiyada yerli şirkətlərin səhmləri də bahalaşıb.

Amma itirməyə başlayan Avropadır. Avropa İttifaqı və ABŞ arasında Trampın yəqin ki, başlayacağı yeni ticarət müharibəsi gözləntiləri fonunda Avropa valyutası ucuzlaşıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ-da yeni qərar: Şəxsi təyyarə sahibləri qeydiyyat məlumatlarını gizlədə biləcək

Bakıda şirkətin iddiası təmin edilmədi – 130 minə yaxın borcu var

Düşüncəni nitqə çevirən cihaz inkişaf etdirildi

"ASAN xidmət"lərin təmizliyi bu il də eyni şirkətə həvalə olundu

Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi – Siyahı

Stiv Cobsun xəyalı gerçək olur? - Məşhur "üçüncü cihaz"ın sonu yaxınlaşır

15 illik MTK müflis oldu

Binance Novruz bayramını Bakıda qeyd edib: ictimaiyyət, mədəniyyət və kriptovalyuta

"Google" uşaqlar üçün "Gemini" neyron şəbəkə versiyasını təqdim edəcək

Azərbaycandan ixracın ən çox azaldığı ölkələr - Türkiyə, Rusiya

Beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrinin gücləndirilməsi iqtisadiyyatımıza nə qazandırır? (ŞƏRH)

"Besan" MMC XVII tenderinin uddu - Bu dəfə 3.8 milyon manatlıq

Avtomabil hərracı keçiriləcək - 2000 manatdan başlayan qiymətlər

Xındırıstanla bağlı 300 minlik layihə

Aygün Babayevaya xəbərdarlıq edildi - 107 minlik borc

Azərbaycana 1 ayda 6 tondan çox donuz konservası gətirilib

Azərbaycana 1 ayda 6 tondan çox donuz konservası gətirilib

Sahibləri Alatavadakı evin qiymətini açıqladılar - Bu məbləğ ödənsə, barışıq ola bilər

"Şahdağ Turizm Mərkəzi" sərnişinlərin daşınması üçün 1 milyon manat ayırdı

Dünyada 3 028 milyarder var - Neçəsi qadındır?

Azərbaycana idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlandı

"AzInTelecom" süni intellekt laboratoriyası qurmaq üçün şirkət tapa bilmir - Məbləğ 7.7 milyona qaldırıldı

Krediti olan şəxs vəfat edərsə, borc necə olacaq? - AÇIQLAMA

Dövlət Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək

Fəaliyyəti dayandırılan məşhur kompleksin binası 7,5 milyona satılır

Prezident təhsil sazişini təsdiqlədi

“Azerenerji”nin ixrac gəlirlərində kəskin eniş davam edir - 34 milyonluq azalma

“Azerenerji”nin ixrac gəlirlərində kəskin eniş davam edir - 34 milyonluq azalma

MSK-ya məxsus 3 avtomobil hərraca çıxarılacaq

Şərurlu İsfəndiyar məhkəməyə verildi

“Bakı Metropoliteni”Asiya Bankından kredit götürəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin