BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
58964

Kreditlə alış-veriş müasir dövrdə hər keçən gün daha da aktuallaşır. Bu gün istənilən sahədə alış-verişdə kredit sistemi tətbiq edilir. Lakin maliyyə idarəetməsi ilə bağlı ən çox səhvlər də məhz kreditlə alış-veriş zamanı olur. Necə yanaşmalıyıq, nələri kreditlə almalıyıq, nələri yox?

Maliyyəçi, biznes konsultant Vüsal Səlimov Valyuta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, kreditlə nəyisə almaq əslində daha baha almaq anlamına gəlir:   

"Çünki kreditlə alındıqda, həm faiz ödənişləri, həm də əlavə xərclər yarana bilir. Hətta bəzən şəxs alacağı məhsula əsl qiymətindən daha çox pul ödəyir. 

Əgər alacağı məhsul vacib deyilsə, onu gec də olsa maksimum nağd almağa çalışmalıdırlar. Amma tendensiya odur ki, kredit ödəməyə öyrəşmiş insanlar bu öyrəncəliyi həyat tərzinə çevirir və lazım olmadığı təqdirdə belə kreditlə alış etməyə başlayır. Bu məsələdə kredit kartları xüsusilə fərqləndirilməlidir. Kart vasitəsilə virtual pul xərcləmək, fiziki olaraq puldan istifadə etmədən alış-veriş etmək insanlara daha asan gəlir. Bu da nəticə etibarilə lazımsız və impulsiv alış-verişlərə səbəb ola bilər".

V.Səlimov deyir ki, aylıq ödənişlə məhsul alınırsa, burada da diqqət edilməli nüans var:

"Kreditlərin həyatımıza daxil olması, bizə bəzən daha çox asanlıq gətirsə də, ümumilikdə onun da mənfi tərəfləri mövcuddur və bu, xüsusən faizlərə diqqət etmədikdə baş verə bilər. Ailə büdcəsi məhdud olan şəxslər, mövcud kampaniyalardan yararlanaraq faizsiz kreditlər götürə və ödənişlərini hissə-hissə edə bilərlər'.

V.Səlimov dəyər itirən aktivlərin kreditlə alınmaması mövzusuna da toxunub:

“O qeyd edib ki, dəyər itirən aktivlər adətən lüks və ya əlavə rahatlıq təmin edən şeylər olur ki, bunlar əsas həyat tələbləri üçün vacib deyildir. Misal üçün avtomobil alarkən iki dəfə düşünməliyik. Onu kreditlə alanda itirəcəyimiz faizlər və satmaq istəyərkən itirəcəyimiz dəyəri. Avtomobil alarkən yalnız ilkin qiyməti deyil, həm də onun amortizasiyasını, sığorta xərclərini, yanacaq sərfiyyatını və digər istismar xərclərini nəzərə almaq vacibdir. Dəyər itirən aktivlərdən əldə olunan faydanı, onun maliyyə itkiləri ilə müqayisə edərək, ehtiyacımızın nə qədər olduğunu və uzunmüddətli istifadəyə uyğun olub-olmadığını yaxşı qiymətləndirmək lazımdır”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Daha 15 min manat kartlardan oğurlandı

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

Bu maşınlar bahalaşdı

Şəhərin mərkəzində kofeşop satılır - QİYMƏT

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin