BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
58885

ABŞ prezident seçkiləri öncəsi, investorlar kriptovalyuta bazarlarında rekord səviyyədə fəallıq göstərirlər. Xüsusilə Donald Trampın yenidən prezident seçiləcəyi ehtimalları fonunda Bitcoin fondlarına böyük həcmdə valyuta axını müşahidə olunur.

Valyuta.az xəbər verir ki, bu barədə "The Block" məlumat yayıb. Məlumata əsasən, Bitcoin-in spot qiymətini izləyən birjada ticarət olunan fondlar (ETF) çərşənbə günü 917,2 milyon dollarlıq valyuta axını qeydə alıb ki, bu da mart ayından bəri ən böyük bir günlük artımdır. Bitcoin-in dəyəri oktyabr ayında təxminən 12% artıb və bu artım Trampın mümkün prezidentlik qələbəsi ilə əlaqələndirilir.

Qeyd edək ki, ictimai rəy sorğuları Tramp və Demokratlar arasında başabaş mübarizə olduğunu göstərsə də, bəzi proqnoz saytları Trampın qalib gəlmə ehtimalını daha yüksək dəyərləndirir. Bu qeyri-müəyyənlik mühitində kripto törəmə birjası "Deribit" tərəfindən verilən məlumatlara görə, investorlar seçki həftəsində təxminən 3,7%-lik günlük qiymət dalğalanmalara hazırlaşır.

Bitcoin və Ethereum ETF-lərində canlanma

Seçkidən bir həftə əvvəl Bitcoin ETF-ləri üçün həftəlik xalis valyuta axınları mart ayından bəri ən yüksək səviyyələrə çatıb və ABŞ bazarındakı spot Bitcoin ETF-lərində artan investor marağı səbəbindən yüksək həcmdə valyuta axını qeydə alınıb. Bazar ertəsi 479,4 milyon dollar, çərşənbə axşamı 870,1 milyon dollar, çərşənbə günü isə 893,3 milyon dollarlıq valyuta axını baş verib. Həftənin sonuna doğru daha sakit bir kurs müşahidə olunub.

Digər tərəfdən, Ethereum ETF-lərinin valyuta axını Bitcoin qədər böyük olmasa da, müəyyən dərəcədə maraq qazanıb. Spot Ethereum ETF-ləri çərşənbə axşamı 7,6 milyon dollar, çərşənbə günü 4,4 milyon dollar və cümə axşamı 13 milyon dollarlıq valyuta axını qeydə alıb. Ümumilikdə, Ethereum ETF-ləri həftəni pozitiv nəticə ilə başa vurub.

Bitcoin və Ethereum-da son vəziyyət

Bitcoin qiyməti, həftənin əvvəlində fondlara daxil olan valyutanın təsiri ilə çərşənbə axşamı 73.600 dollara çatıb. Lakin sonrakı günlərdə Trampın namizədliyi ilə bağlı spekulyasiyalar səbəbindən dəyər itirib. Ethereum isə həftəlik əsasda 1,8% dəyər itirməsinə baxmayaraq, yeni həftəyə 2.450 dolların üzərində başlayıb.

Bitcoin, keçən həftəni 69.000 dolların altında başa vurub. Yeni həftəyə isə yuxarı istiqamətli ivmə ilə başlayan BTC, günün ilk saatlarında 69.500 dollara qədər yüksəlsə də, səhər saatlarında gələn satışlarla 68.500 dollar aralığına qədər geriləyib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin