
29.10.2024 / 15:10
Pakistan vətəndaşları Azərbaycanda 100 və 50 min manat sərmayə ilə şirkət açıblar
58478
Avqustun 29-da “Vision 2030 Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Valyuta.az xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ev.145-də yerləşir. MMC-nin nizamnamə kapitalı 100 min manatdır, qanuni təmsilçisi Pakistan İslam Respublikası vətəndaşı Shazad Khuram Ahmad Gulzardır.
Bununla yanaşı, avqustun 30-da “Peshavvar İnternational Traders” MMC də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhər, Nərimanov rayonu, Mustafa Kamal Atatürk ev.23/25-dir. MMC-nin qanuni təmsilçisi Pakistan İslam Respublikası vətəndaşı Ullah Rahman, nizamnamə kapitalı 50 min 300 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay