BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
58019

Bəzi şirkətlərdə rəhbərliyin tez-tez dəyişdiyini görürük. Əslində, müəyyən müddətdən sonra dəyişikliyin olması yaxşıdır. Amma tez-tez rəhbər dəyişikliyi şirkətin performansına da bir sıra mənfi təsirlər yaradır. Ümumiyyətlə, tez-tez idarəçilikdə dəyişiklik edilməsi və uzun müddət idarəçilikdə qalmaq arasında nə kimi fərqlər var?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a rəhbərlikdə tez-tez dəyişikliyin olması ilə bağlı danışdı.

Onun sözlərinə görə, şirkətlər çalışmalıdır ki, kadr dəyişiklikləri (həm idarəetmə, həm də digər) çox tez-tez olmasın: 

“Çünki kadr dəyişikliyinin, xüsusilə rəhbər dəyişikliyinin mənfi tərəfləri (fəsadları) də var. Yeni rəhbər gələndə şirkətin korporativ mədəniyyətinə təhdidlər ola bilir. Korporativ mədəniyyət təşkilatın strategiyası ilə sıx qarşılıqlı əlaqəyə sahibdir. Bəzən yeni gələn rəhbər şirkəti özünə uyğunlaşdırmağa cəhd edir. Şirkətin ümumi fəaliyyət istiqaməti dəyişə bilir deyə işlərdə ləngimə ola bilir. Bu, təşkilatın inkişafını ləngitməklə yanaşı, onun nüfuzuna da mənfi təsir göstərə bilir. Həmçinin komandada qeyri-müəyyənliklər yarana bilir. İdarəçilərin dəyişməsi, komanda üzvləri arasında əlaqələrin pozulmasına yol açır və işçi heyətinin birliyini zəiflədir”. 

A.Bayramov hər zaman uğursuzluq riski olduğunu da qeyd edib: “Nəticədə, nə qədər artımlı və ya radikal olmasından asılı olmayaraq, dəyişiklik təşəbbüsü ilə yeni strategiyanı qəbul etmək adətən çətin və çox vaxt qarışıqdır. Yeni rəhbər işin içinə girənə kimi, steykholderlərlə münasibətləri tənzimləyənə kimi vaxt gedə bilər. Bütün maraqlı tərəflər fərqlidir. Ona görə də onları tanımaq və məqsədlərini başa düşmək effektivlik üçün çox vacibdir”.

Həmtəsisçinin fikrinə görə, uzun müddət idarəçilikdə qalmağın da müsbət və mənfiləri olur: “Əsas mənfi tərəfi odur ki, şirkətdə münasibətlər adiləşə bilir. Bəzən rəhbərlik uzun müddətdə komforta düşür. Yeni sistem və metodları öyrənmək üçün məhdud imkanlar olur. İşçilər öz sahələrində digər şirkətərin istifadə etdiyi ən son texnologiyaları öyrənə bilmirlər. Bu zaman yeni nəfəsə ehtiyac ola bilir. Müsbət tərəfi isə təşkilatın daxili dinamikasını daha stabil saxlayır, bu da iş proseslərinin daha az dəyişməsinə səbəb olur. Həmçinin rəhbərin uzun müddət təşkilatda qalması, işçilər arasında güvən və bağlılıq yaradır”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin