Facebook fırıldaqçılıqla mübarizə üçün üz tanıma mexanizmini geri qaytardı
Facebook sosial platformasının sahibi Meta məşhurların şəkillərindən istifadə olunan fırıldaqçılıq sxemləri ilə mübarizə aparmaq üçün üz tanıma texnologiyasını yenidən istifadəyə verib.
Valyuta.az xəbər verir ki, Amerikan texnologiya nəhəngi bu xidməti üç il əvvəl tənzimləyicilərin şikayətləri və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən deaktiv etmişdi.
Meta bildirib ki, yeni tətbiqin sınağında iştirak etmək üçün təxminən 50 min məşhuru cəlb etməyi planlaşdırır. Layihə çərçivəsində onların şəkilləri şübhəli reklam elanlarındakı təsvirlərlə avtomatik müqayisə ediləcək. Əgər şəkillər uyğun gələrsə və Meta işçiləri həmin reklamın əslində fırıldaqçı olduğunu müəyyən etsələr, reklam bloklanacaq.
Şirkət dekabrda tətbiqin sınağına başlamağı planlaşdırır, lakin Böyük Britaniya, Aİ, Cənubi Koreya və ABŞ-ın Texas və İllinoys kimi ştatları kimi tənzimləyici icazəsi olmayan iri yurisdiksiyaları bu layihədən kənarda saxlayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay