BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
57888

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və müvafiq dövlət qurumları ilə müzakirə edilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) bildirilib.

Məlumata görə, sığorta penetrasiyasının yüksək olduğu və effektiv tənzimləmənin həyata keçirildiyi xarici ölkələrin təcrübəsi nəzərə alınaraq hazırlanmış təkliflər Azərbaycanda təbii fəlakətlərlə bağlı risklərin sığorta təminatının genişləndirilməsini və zərərçəkmiş vətəndaşlara sığorta ödənişlərinin daha effektiv və çevik mexanizmlərlə həyata keçirilməsini əhatə edir.

“Son illər dünyada baş verən təbii fəlakətlərin nəticələri sığortaçıların maliyyə dayanıqlılığına təhlükə yaradır, onların maliyyə öhdəliklərini tam yerinə yetirməsi ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu çərçivəyə əsasən, sığortaçıların həm həyat, həm də qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması üçün yeni qaydalar müəyyən edilib. Yeni qaydalara əsasən, sığortaçılardan katastrofik risklər üzrə əlavə xüsusi sığorta ehtiyatı yaratmaq tələb olunur”, - deyə məlumatda qeyd olunub.

AMB iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlərə qarşı yeni sığorta məhsullarının inkişafını prioritet hesab edir: “Son illərdə dünyada təbii fəlakətlərin həm əhali, həm də biznes subyektləri üçün böyük maliyyə itkilərinə səbəb olduğu müşahidə edilir. İqlim dəyişikliyinə səbəb olan istixana qazlarının emissiyasının azaldılması istiqamətində beynəlxalq öhdəliklərə uyğun olaraq, AMB maliyyə institutlarının təklif etdiyi yeni məhsulların dizaynında bu amilləri nəzərə almağı prioritetləşdirib”.

Azərbaycanda həm də "Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026" çərçivəsində ekoloji məsuliyyət sığortasının tətbiqi də nəzərdən keçirilir: “Bu sığorta növü ekoloji zərərlərin aradan qaldırılmasına və ekosistemin tarazlığının təmin edilməsinə xidmət edəcək. Bundan əlavə, aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı məhsullarının neqativ iqlim amillərinin təsiri nəticəsində məhv olması halında fermerlərin sığorta təminatı ilə zərərlərinin kompensasiya edilməsini təmin edir. Son 4 ildə ölkədə aqrar sığorta sahəsində formalaşmış təcrübə bu sistemin təkmilləşdirilməsində və iqlim risklərinin qarşısının alınmasında daha böyük rol oynayacağı gözlənilir”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin