BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
57567

Son illərdə ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq vəsaitlərin köçürülməsi, əmlakların verilməsi aktuallaşıb. ƏDV ödəyicisi olan fiziki və ya hüquqi şəxslər daşınar və daşınmaz əsas vəsaitlərini dövlət qurumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verdikdə ƏDV-yə cəlb edilirmi? “vergiler.az”ın sualına iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal: “X” MMC ƏDV ödəyəcisidir. O, digər ƏDV üzrə vergi ödəyicisindən 2024-cü ilin oktyabr ayında 30.000 manat (ƏDV-siz) dəyərində nəqliyyat vasitəsini alaraq Qarabağ Dirçəliş Fonduna əvəzsiz olaraq verib. “X” MMC nəqliyyat vasitəsinə görə digər vergi ödəyicisinə 30.000 manatı bank hesabına, 5.400 manat (30000 x 18%) ƏDV hissəsini isə vergi ödəyicisinin depozit hesabına ödəyib. Bu zaman “X” MMC Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən həmin nəqliyyat vasitəsini əvəzsiz verdiyi üçün ƏDV üzrə öhdəliyi yaranmayacaq. Belə ki, müəssisə ƏDV bəyannaməsinin Əlavə 3 bölməsinin əlavə dəyər vergisinə cəlb olunmayan sətirində qeydiyyatını apararaq dövlət büdcəsinə bəyan edəcək.

Bəs bu halda “X” MMC qarşı tərəfə ödədiyi ƏDV-ni oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirə biləcəkmi?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, dövlət qrumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilən əsas vəsaitlərə görə ödənilən ƏDV məbləği əvəzləşdirilir. Buradan aydın olur ki, “X” MMC oktyabr ayının ƏDV bəyannaməsinin 308-ci xanasında ƏDV üzrə ödədiyi 5.400 manatı rahatlıqla əvəzləşdirə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin