BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
57528

Çinin e-ticarət nəhəngi “Alibaba” süni intellektlə dəstəklənən tərcümə alətinin yenilənmiş versiyasını təqdim etdi. Alibaba iddia edir ki, bu yeni tərcümə aləti “Google”, “DeepL” və “ChatGPT” tərəfindən təklif olunan məhsullardan üstündür.

Valyuta.az-ın məlumatına görə, bu qiymətləndirmə “Alibaba International”ın yeni modeli “Marco MT”nin “Flores” adlı tərcümə müqayisəli çərçivəsinin təhlilinə əsaslanır. “Alibaba”nın yeni tərcümə modeli beynəlxalq bazarlarda böyük diqqəti cəlb etmək məqsədi daşıyır.

“Alibaba”nın sürətlə böyüyən beynəlxalq bölməsi keçən il təqdim edilən və hazırda 500.000 tacir tərəfindən istifadə edilən süni intellektlə tərcümə məhsulunu hazırlayıb. Bu alət satıcılara müxtəlif ölkələrin bazarlarına çatmaq üçün məhsul səhifələrini hədəf bazarlarının dilinə tərcümə etməyə imkan verir.

Süni intellekt ilə kontekstual tərcümə imkanı

“Alibaba Beynəlxalq Rəqəmsal Ticarət Qrupu”nun vitse-prezidenti Kaifu Zhang CNBC-yə bildirib ki, yenilənmiş tərcümə aləti tamamilə böyük dil modellərinə əsaslanır:

“Bu yeni versiya mədəni və ya sənayeyə aid terminlər kimi kontekstli ipuçlarından istifadə edə bilər. Biz bu süni intellekt alətinin treyderlərin gəlirliliyini artırmasını istəyirik, çünki treyderlər uğurlu olarsa, platforma da uğurlu olacaq”.

Böyük dil modelləri “OpenAI”nin “ChatGPT” kimi süni intellekt proqramlarını dəstəkləyir və mətn tərcüməsini həyata keçirə bilir. “Alibaba”nın tərcümə aləti “Qwen” adlı öz dil modeli üzərində qurulub və 15 dili dəstəkləyir. Türk dili də bu dillər arasındadır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin