BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
57490

Son illərdə bir çox ölkələr avtomobillərin texniki baxışını ya tamamilə ləğv edir, ya da bu proseduru sadələşdirir. Bu tendensiya əsasən, texniki baxışın müasir avtomobillərin təhlükəsizlik standartlarına uyğun olaraq lazım olmaması arqumenti ilə izah olunur. 

Azərbaycanda isə avtomobillərin texniki baxışı hələ də məcburi olaraq qalır, lakin onun ləğvi və ya yenidən tənzimlənməsi ilə bağlı müzakirələr bəzən gündəmə gəlir.

Hazırda Azərbaycanda avtomobillərin texniki baxışı qanunla müəyyən olunmuş şəkildə iki ildən bir həyata keçirilir. Bu prosedur zamanı avtomobilin mühüm texniki göstəriciləri yoxlanılır.

İlk növbədə texniki baxışın ləğv olunduğu ölkələrə nəzər salaq:

Amerika Birləşmiş Ştatları (bəzi ştatlar) - ABŞ-də texniki baxış sistemi ştatlara görə fərqlənir. Bəzi ştatlar, xüsusilə Kaliforniya, Arizona və Montana kimi ştatlar texniki baxışı tamamilə ləğv edib və ya çox sadələşdiriblər. 2025-ci ilin yanvarından etibarən isə Texas ştatında da texniki baxış ləğv olunacaq.

Rusiya - 2021-ci ildən etibarən Rusiyada yeni qanun qəbul edilib və texniki baxış bəzi nəqliyyat vasitələri üçün ləğv olunub. Şəxsi minik avtomobilləri və motosikletlər müəyyən şərtlər daxilində texniki baxışdan azad edilib. Yalnız kommersiya nəqliyyat vasitələri üçün texniki baxış məcburi olaraq qalır.

Kanada (bəzi əyalətlər) - Kanadada texniki baxış bəzi əyalətlərdə tamamilə ləğv edilib və ya çox sadələşdirilib. Məsələn, Britaniya Kolumbiyasında texniki baxış tələbi yoxdur, yalnız xüsusi nəqliyyat vasitələri yoxlanılır.

Yuxarıda qeyd olunduğu kimi, daha bir neçə Avropa ölkələrini bu siyahıya misal olaraq çəkmək olar.

Maraqlıdır, ölkəmizdə də bu proses reallaşa bilərmi? Ümumiyyətlə, avtomobillərin texniki baxışlarının ləğv olunmasına ehtiyac varmı?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov Ajans.az-a bildirib ki, Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir:

"Bu proses dünyanın müxtəlif ölkələrində müxtəlif şəkildə həyata keçirilir. ABŞ, Çin hətta Gürcüstanda belə texniki baxışın prosedurlarında müəyyən sadələşdirilmələr var. Azərbaycanın da bununla bağlı hər hansı adım atma imkanı var. Bu əslində ölkəmizdə realdır. Hər bir nəqliyyat vasitəsi texniki baxış keçirən zaman onun müəyyən dərəcədə texniki xüsusiyyətlərini servis xidmətləri həyata keçirir. Onların isə təqdim etdiyi arayış Dövlət Yol Polisinin tələblərinə cavab verməlidir və o gözləntilərə uyğun olmalıdır".

Ekspert qeyd edib ki, Azərbaycanda bu tendensiya bir az fərqlidir. Onun sözlərinə görə, bunun əsas fərqi ondadır ki, nəqliyyat vasitələri texniki baxışın xüsuiyyətlərini özündə ehtiva etməlidir:

"Bu proses, təbii ki dövlətin nəzarətindədir və dövlət tərəfindən tənzimlənir. Onun ləğv olunması ilə bağlı yekun qərarı da dövlət verə bilər. Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir. Bu ölkələr yol təhlükəsizliyinə və avtomobil parkının yenilənməsinə daha çox diqqət yetirdikləri üçün texniki baxışın bəzi hallarda ləğv olunmasını mümkün görüblər".

Aslan Əsədov əlavə edib ki, bu məsələ ilə bağlı bəzi təkliflər, yeni və müsbət fikirlər irəli sürüb prosesi daha da asanlaşdırmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin