BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
57325
10 – 11 oktyabr tarixlərində Bakıda keçirilən COP29 Sədrliyinin ev sahibliyi etdiyi və qlobal iqlim sahəsinin liderləri və maraqlı tərəflərin iştirak etdiyi Pre-COP tədbirinin ikinci günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən brifinq təşkil edilib.
 
COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən xəbərə görə, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına çoxşaxəli hazırlıq prosesinin gedişatı, bu çərçivədə reallaşdırılan işlər və qarşıda duran məsələ və prioriterlərə dair Pre-COP iştirakçılarının ətraflı məlumatlandırılmasını nəzərdə tutan tədbirə bir sıra yüksək səviyyəli qonaqlar qatılıb.
 
Brifinqdə ilk öncə salamlama nitqi ilə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova dünyanın ən mühüm iqlim konfransının Bakıda keçirilməsinə artıq sayılı günlər qaldığını vurğulayaraq, hazırlıq proseslərinin yekun mərhələdə olduğunu və bütün istiqamətlər üzrə əməliyyatların müvafiq təqvimə uyğun icra olunduğunu diqqətə çatdırıb. O bildirib: "Tədbir məkanı Bakı Stadionunda tikinti son tamamlanma mərhələsindədir. Noyabra qədər məkanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilməsi planlaşdırılır”. N. Carçalova tədbir məkanında görülən işlər barədə ətraflı məlumat verərək, burada müxtəlif məqsədlər üzrə icra edilən ərazi bölgüsü, Mavi və Yaşıl Zonanın fəaliyyəti, qurulan infrastuktur və tamamlanmaqda olan proseslər barədə detallı danışıb.
 
Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulması brifindqə xüsusilə vurğulanıb. Belə ki, tədbir məkanında dayanıqlılıq, müyəssərlik və inklüzivlik tələblərinə tam riayət edildiyi, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə tamamilə inklüziv mühitin yaradılması üçün atılan addımlar diqqətə çatdırılıb.
 
Daha sonra çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev COP29 zamanı müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində tədbir məkanı və Bakı şəhəri ərazisində təşkil edilən proses və xidmətlər, qonaqpərvərlik sahəsində yaradılan şərait və imkanlar, eləcə də konfrans və media xidmətləri haqqında geniş məlumat verib. İ.İsayev ölkəyə səfər edəcək çoxsaylı nümayəndə heyətlərinin və qonaqların ən müsbət təəssüratlar və rahatlığının təmin edilməsi məqsədilə tətbiq edilən akkreditasiya və qeydiyyat prosesləri, xüsusi COP29 vizasının alınması proseduru, şəhər üzrə naviqasiya və məlumatlandırmanı asanlaşdıran təşəbbüslərə toxunub, eləcə də bir sıra digər təşkilati və texniki məsələlərin həllini asanlaşdıran prosedur və portalları əhatə edib.
 
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının digər üzvü Şəhla Əbbəkirova isə öz çıxışında konfransın ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə danışaraq, bu tarixlərdə keçiriləcək əsas tədbir və görüşlərin təşkilati aspektləri haqqında detalları brifinq iştirakçılarının diqqətinə çatdırıb. Ş. Əbbəkirova bu tədbirdə iştirak üçün Bakıya səfər edəcək bir çox dünya ölkələrinin liderlərinin hava limanından başlayaraq bütün marşutu üzrə planlamanı, eləcə də təklif edilən xidmətləri, həmçinin Sammit proqramını açıqlayıb.
 
Daha sonra çıxış edən Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu COP29 qlobal konfransının uğurlu təşkilində mühüm aspektlərdən biri mütəşəkkil nəqliyyat sxeminin tətbiqi olduğunu vurğulayıb. O. Mahmudlu qeyd olunan istiqamətdə bir sıra ardıcıl tədbirlərin icra olunduğuna toxunaraq, qonaqlara yeni yaradılan interaktiv şəhər xəritəsini təqdim edib. O bildirib ki, çoxsaylı ziyarətçilərin konfrans müddətində maneəsiz hərəkətinin təmin edilməsi, eyni zamanda həmin müddətdə paytaxt sakinlərinin rahatlığının qorunması məqsədilə şəhərin strateji nöqtələrində onlarla nəqliyyat qovşaqları fəaliyyət göstərəcək, taksi, avtobus, transferlər kimi müxtəlif nəqliyyat vasitələrinin müntəzəm fəaliyyəti təşkil olunacaq. O həmçinin, nümayəndə heyətlərinin COP29 məkanına gediş-gəlişini asanlaşdırmaq üçün aparılan planlamalar və təhlükəsizlik tədbirlərinə də toxunub.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Vüqar Qurbanov direktoru işdən çıxardı (FOTO)

Banklar kreditləri neçə faizlə verir? - SON RƏQƏMLƏR

"Azərkontrakt" ləğv edilir

İKZF kirayə mexanizmi üzrə yaşayış sahəsi almaq üçün 144 milyon manat ayırdı

Maskın 56 milyard dollarlıq maaş paketi təsdiq edilmədi - 103 səhifəlik qərar

İşə müraciət edən zaman şəkilsiz CV-lərə baxılmır?

İşə müraciət edən zaman şəkilsiz CV-lərə baxılmır?

Bakının ən böyük biznes mərkəzlərindən biri hərraca çıxarılır - 6 MİLYON BEH

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub

Rusiya ilə Azərbaycanı birləşdirən magistral dörd zolaqlı olacaq

Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıb

"Özsüt Azərbaycan" cərimələnə bilər

"OpenAI"nin reklam biznesinə keçidi - "Financial Times"

"Made in Turan" məhsulları Amerika bazarına çıxarılacaq"

"Bitcoin" hansı halda 100 min dolları keçə bilər? - "Bitfinex" açıqladı

"Bitcoin" hansı halda 100 min dolları keçə bilər? - "Bitfinex" açıqladı

Avtomobil idxal edən şirkət bağlanır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin