BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
57187

Bu ilin 23 sentyabrında VII çağırış Milli Məclisin ilk iclası keçirilb. İclasda Prezident İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev Milli Məclisdə bir sıra məsələlərə toxunub, mesajlar verib. Prezidentin haqqında danışıdğı məsələlərdən biri də minimum pensiya və əmək haqlarının qaldırılması ilə bağlı olub.

Dövlətimizin başçısı gələn il də minimum əmək haqqı və minumum pensiyaların artırılacağını vəd edib. “Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır”,- o deyib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə pensiyalar bu ilin fevral ayında artırılıb. Prezidentin imzaladığı sərəncamla pensiyalar indeksləşdirilib.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi hər ilin əvvəli həyata keçirilir. Ancaq bəzi ekspertlər növbəti dəfə pensiyaların indeksləşdirilmədən əvvəl artırılacağını düşünür.

Məsələ ilə bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, ölkə başçısının çıxışı göstəriş kimi də qəbul oluna bilər:

"Milli Məclisin ilk iclasında ölkə başçısı cənab İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı anons verib. Görünür ki, bu, hökumətin planında da nəzərdə tutulur. Eyni zamanda bu, icra strukturlarına və hökumətə bir göstəriş kimi də qəbul oluna bilər. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər iqtisadi gücü və potensialı var".

Elşad Musayev vurğulayıb ki, məslənin daha geniş miqyasda həlli gözlənilir. 

"Bu bölgədə minimum və orta aylıq əməkhaqları da, minimum pensiya da digər ölkələrdən yuxarıda olmalıdır. Ona görə də bu məsələni, yalnız indekləşdirilmə ilə əlaqələndirmək doğru olmazdı. Daha geniş miqyasda bu məsələrin həllinin gözlənildiyi hiss olunur. Deputat kimi biz də maraqlıyıq ki, pensiyalar, əmək haqları artsın. Çünki müəyyən kəsim var ki onların sosial müdafiəyə ehtiyacı var. Bizim borcumuz da onan ibarətdir ki, həmin sosial müdafiəyə ehtiyacı olan kəsimin tələbatlarını ödəməkdən ötrü tövsiyələr verək və bu yöndə fəaliyyət göstərək".

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Azərbaycanda bu kağız sənəd ləğv edilir

Ən çox milyarder yetişdirən 10 biznes məktəbi - SİYAHI

"Xiaomi" çip dizaynına 6,9 milyard dollarlıq sərmayə qoyacaq

Bağçalara qəbulda növbələrin yaradılması dayandırılır

Azərbaycanda mirasla bağlı qanun dəyişir

Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək

Evləri plana düşən vətəndaşları sevindirəcək yenilik

Etibarlı parolu necə yaratmaq olar?

Bakıda gecə leysan yağacaq

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Azərbaycanda bu şəxslər 600 manat alacaq

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Dələduzlar onların 15 min manatını kartlarından oğurladı

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

Bu maşınlar bahalaşdı

Şəhərin mərkəzində kofeşop satılır - QİYMƏT

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin