BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
57122

Bildiyimiz kimi, 6 fevral 2023-cü ildə Türkiyədə “Əsrin fəlakəti” adlandırılan zəlzələ baş verdi.

Zəlzələ nəticəsində on minlərlə insan həlak oldu, milyonlarla insan isə zərər çəkdi.

Xatırladaq ki, həmin vaxtlarda zəlzələnin bu qədər itkiylə nəticələnməsinin səbəblərindən biri kimi binaların keyfiyyətsiz, ən əsası isə sıx tikilməsi idi.

Təəsüflər olsun ki, binalar arasındakı ara məsafəsinin gözlənilməməsi və sıxlıq bizim ölkədə də müşahidə olunur. Hansı ki, bu məsələ Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir

Şərtlərə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Yəni binanın karkası 40-60 metr hündürlükdə olursa, ortalama ədəd olaraq binalar arasındakı məsafə təqribən 30 metr olmalıdır.

Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur.

Bəs, bu qaydalar niyə gözlənilmir? Getdikcə sayı çoxalan binaların tikinti normalarına cavabdeh olan qurumlar müvafiq tələbləri niyə görməzdən gəlirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev ilk olaraq binaların sıx tikilməsinin səbəblərini açıqlayıb.

O, deyib ki, 2018-ci ilə qədər çoxmənzilli binaların tikilməsiylə bağlı icazə və sərəncamları rayon icra hakimiyyətləri verirdi, bu da binalararası məsafələrin pozulmasına səbəb olurdu:

“2018-ci ildən sonra isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaranmasıyla yeni tikilən binalar arasında məsafə, binaların həyətyanı yaşıllıq sahələri mütləq nəzərdə tutulur, tikinti şirkətləri yalnız bu normativlərlə iş görə bilir”.

Binaların sıx tikilməsinin hansı mənfi nəticələri var?

Ekspert deyib ki, binaların sıx tikilməsi, avtomobil yollarının əhalinin sayına görə daha az, dar olması nəticəsində yanğın,  subasma və s hadisələr zamanı həmin yerə xilasedicilərin, təcili tibbi yardım avtomobillərinin vaxtında çatmasıyla bağlı  problem yaranır:

“Mənzil alarkən nəzərə almaq lazımdır ki, fövqəladə hallar zamanı evakuasiya və digər normativlər qoruna bilsin”.

Elnur Fərzəliyev istismar  müddəti bitmiş binalar barəsində də danışıb.

Onun sözlərinə görə paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları var:

“Onların bir hissəsi qəzalı kimi qeydə alınıb. Belə binaların yerləşməsi vətəndaşlar üçün daha əlverişli olsa da,  böyük hissəsi istismar müddətini bitirdiyinə görə yaxın gələcəkdə sökülməsi nəzərdə tutulub. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən,  Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətə olan binaların sökülməsinə başlanıldı və proses hələ də davam edir.

Bundan əlavə, ötən ilin dekabrından Bakı şəhərinin Baş planı təsdiqləndi. Buna görə də bu il köhnə binalar yeni tikili binalarm, yollar, körpülər, infrastrukturlarla əvəzlənəcək.  Bu baxımdan vətəndaşlar mənzil alarkən binanın yaşına və keyfiyyətinə nəzər yetirməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin