BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57068

HBO-nun Satoshi Nakamoto haqqındakı sənədli filmindən olduğu iddia edilən və sosial şəbəkələrdə yayılan bir videoda Peter Toddun Satoşi olduğu iddia edilib.

Valyuta.az-ın xəbərinə görə, sözügedən videoda "Bitcoin"in ilk inkişaf etdiricilərindən olan Peter Toddun özünün Satoshi Nakamoto olduğunu iddia etdiyi görülür. 

Sözügedən video indi müəllif hüququ iddialarına görə "X"dən silinib və bu, həmin hissənin doğrudan da sənədli filmdən olduğunu sübut edə bilər.

Sənədli filmi ərsəyə gətirən tanınmış rejissor Cullen Hoback, köhnə və yeni ipuclarını bir araya gətirərək həm Toddun, həm də Satoşi olduğundan şübhələnilən başqa bir vacib şəxs, Blockstream-in qurucusu Adam Backin adlarını ön plana çəkib.

Yayılan parçada Todd ilə aparılan dialoq izlənilir. Hoback, Toddan “Görünür ki, o zamanlar Bitcoin haqqında dərin düşüncələriniz varmış?” deyə soruşduqda, Toddun “Bəli, mən Satoşi Nakamotoyam,” deyə cavab verdiyi görülür.

Sənədli film yayımlanmamışdan əvvəl Toddun CoinDesk-ə göndərdiyi bir e-poçtda Bitcoin-in yaradıcısı olduğunu rədd etdiyi bildirilib. Todd açıqlamasında “Əlbəttə ki, mən Satoşi deyiləm” deyib.

Bəs, Peter Todd kimdir?

Peter Todd tanınmış "Bitcoin Core" tərtibatçısı və kriptoqrafiya məsləhətçisidir. O, ilk günlərindən "Bitcoin"in inkişafında fəal iştirak edir və protokola, xüsusilə də təhlükəsizlik və məxfiliklə bağlı sahələrdə əhəmiyyətli töhfələr verib. Todd bir neçə əsas "Bitcoin" təkmilləşdirmə təklifləri (BIPs) üzərindəki işi və "Bitcoin" şəbəkəsinin möhkəmliyini və dayanıqlığını artıran təhlükəsizlik tədbirlərini müdafiə etməsi ilə tanınır.

Təhlükəsizliyə yönəlmiş tərtibatçı kimi şöhrət qazanan Todd tez-tez potensial zəiflikləri vurğulayır və riskləri azaltmaq üçün həllər üzərində işləyir. "Bitcoin" üzərindəki işinə əlavə olaraq, Todd digər blokçeyn və kriptoqrafiya layihələrinə, o cümlədən, "Bitcoin" blokçeynindən istifadə edərək müəyyən bir zamanda məlumatların mövcudluğunu yoxlamağa imkan verən "OpenTimestamps"a da öz töhfəsini verib.

Ancaq buna qədər Toddun Satoşi olduğuna dair geniş yayılmış bir fikir formalaşmamışdı.

"Castle Island Ventures" şirkətinin həmtəsisçisi Nic Carter, Toddu 2017-ci ildən tanıdığını bildirərək, “Texniki baxımdan ən vacib bitcoinçilərdən biridir. Ümumiyyətlə, insanlar onun bitcoin haqqındakı fikirlərinin çox vacib olduğunu düşünürlər” deyə qeyd edib.

Toronto Ontario İncəsənət və Dizayn Kollecindən məzun olan Todd, mərkəzsiz pul sisteminin vizyonunu ortaya qoyan məşhur "Bitcoin white paper"-i tamamlayanda 23 yaşında idi.

Todd daha əvvəl bir podkastda verdiyi açıqlamada, "cypherpunk" kimi tanınan vacib kripto təsir ediciləri ilə ilk dəfə əlaqə qurmağa başladığında təxminən 15 yaşında olduğunu söyləmişdi.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin