BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
56849

Avtobus zolaqları marşrutların intensivliyini tənzimləsə də, müəyyən problemlərə yol açır. Ekspertlər isə bildirirlər ki, yollarda monitorinqlər aparılmalı, real şəraitə uyğun dəyişikliklər edilməlidir. 

“Avtobus zolaqlarına daxil olmaq mümkün deyil, çünki cərimə yazılır. Bu səbəbdən sərnişin düşürmək istədikdə yolun ortasında saxlamalı oluruq. Sərnişinin yolun hərəkət hissəsində maşından enməsi çox təhlükəlidir. Avtobus zolaqlarından da avtobusların nə zaman və hansı sürətlə gələcəyi məlum deyil. Bu yaxınlarda bir xanımı maşından düşdükdə avtobus vurmuşdu...”

“Avtobuslar üçün zolaqlar olsa da, onlar digər nəqliyyat vasitələri üçün yoldan istifadə edirlər. Səbəbini isə yol kənarında olan ağaclarla əlaqələndirirlər. Budaqlar avtobusa mane olduğu, həmçinin zərər yetirdiyi üçün həmin yola daxil ola bilmirlər. Əgər zolaq istifadə olunmayacaqsa, nə üçün çəkilib?”

Hər iki şikayət sosial şəbəkələrdə yazılıb. Avtobus zolaqlarının çəkilməsi nəqliyyatın intensivliyi baxımından gözəl addımdır. Lakin özü ilə bu cür problemlər də gətirir. 

100 manat cərimə, iki bal

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır: “Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq iki balla qiymətləndirilir. Taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur”. 

Ağaclarla bağlı məsələyə gəldikdə isə qeyd edildi ki, avtobusların hərəkətinə mane olmaması üçün ağacların budanması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

48-ci maddədə göstərilən müddəalar istisnadır 

DYP-dən verilən məlumata görə, digər avtonəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi qadağan edilsə də, istisna hallar da mövcuddur: “Nəqliyyat vasitələri avtobus dayanacağında saxlayırlar. Sərnişinlər də rahat şəkildə düşürlər. Avtobus zolaqları elə çəkilib ki, birbaşa hərəkət edib dayanacaqda saxlayırlar. Digər nəqliyyat vasitələrinin hər bir halda avtobus zolağında dayanması və durması qadağandır. Amma yol hərəkəti haqqında 48-ci maddədə göstərilən müddəalar istisna olmaqla”. 

Həmin maddəyə əsasən, üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazıları olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. 

IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.

“Küçələrin əksəriyyəti iki zolaqdan ibarətdir”

Nəqliyyat eksperti Fərhad Eyyubovun fikrincə, hazırda Bakıda tıxac olduqda müntəzəmlik təmin olunmur: “Çünki avtobuslar tıxacda ilişib qalır. İntervallar böyüyür, gözləmə müddəti artır. Çalışırlar ki, avtobusun maneələrini azaltsınlar ki, onlar da öz hərəkət cədvəllərinə uyğun olaraq müntəzəm marşrutla hərəkət edə bilsinlər. Avtobuslar üçün bu şəraiti yaratmaq lazımdır. Bunun üçün də yol hərəkətində müəyyən dəyişikliklər edilməlidir”. 

Ekspertin sözlərinə görə, Bakı elə bir şəhərdir ki, bu şəraiti hər yerdə yaratmaq mümkün deyil: “Əslində avtobus zolaqları üç zolaqlı yollara çəkilməlidir. Bir zolaq marşrutlar üçün olanda, digəri avtomobillər üçün nəzərdə tutulur. Amma bir çox yerlərdə üç zolaq yoxdur. Avtobus zolaqlarının olduğu küçələrin əksəriyyəti iki zolaqdan ibarətdir. Ona görə zolağın biri avtobus üçün olanda, bütün nəqliyyat vasitələri bir zolaqda toplanır”.  

Digər nəqliyyat vasitələri də nəzərə alınmalıdır

F.Eyyubov bildirdi ki, zolaqlar olan yollarda sağa, sola dönmələr, müəyyən yerlərdə dayanma yerləri olmalıdır. Amma zolaqlar salınarkən bunlar nəzərə alınmır: “Yol hərəkətinin təhlükəsizliyinə də diqqət yetirilməlidir. Sürəti də optimal şəkildə saxlamaq vacibdir. Bir çox hallarda avtobus zolağı çəkilən zaman digər nəqliyyat vasitələri maneəyə rast gəlir, çətinliklər olur. Avtobuslar müntəzəm fəaliyyət göstərməlidir, amma digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə. Məsələn, təcili yardım, yanğın söndürən maşınlarının oradan hərəkəti nəzərdə tutula bilər. Amma bütün taksilərin, digər nəqliyyat vasitələrinin istifadəsinə icazə verilsə, yenidən marşrut xətləri iflic olacaq”. 

Sadəcə xətt çəkməklə iş bitmir

Ekspertin fikrincə, avtobus zolaqlarının olduğu hər küçədə monitorinqlər aparılmalıdır. Digər nəqliyyat vasitələrinə maneçilik törədirsə, o zaman başqa üsullara müraciət etmək lazımdır: “Zolaq çəkiləndən sonrakı mərhələni, problemləri də gözdən qaçırmaq olmaz. Hələ nəqliyyatla bağlı məsələlər tam təkmilləşməyib. Avtobus zolaqları müəyyən yerlərdə qırıq-qırıq xətlərlə icazə verilən formada təşkil olunsa, daha yaxşı olar. Hansı yerdə ki, vəziyyət kirtikdir, yaxud təhlükə var, oranı başqa formada layihələndirmək lazımdır. Yəni, hər küçəyə eyni qaydada sadəcə xətt çək, bu, düzgün deyil. Hər bir nəqliyyat vasitəsi nəzərə alınmalıdır”. 

© Kaspi qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin