BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
56801

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Nooga Development AZ” MMC (VÖEN – 2007863691) olub.

Valyuta.az xəbər verir ki, Dövlət Vergi Xidməti müxtəlif iformasiya texnologiyaları (İT) sistemlərinin idarə olunması xidmətləri üçün “Nooga Development AZ” MMC -yə 5 milyon 789 min 288 manat 93 qəpik ödəyəcək.

Vergi Xidmətindən bildirilib ki, həyata keçiriləcək xidmətlərə “Common Reporting Standarts” (CRS) platforması üzrə proqram təminatına, “DeepSage” proqram təminatına, “TAXESBI (“DeepSage” reporting system)” hesabatlılıq sisteminə, “POS Transaction” platforması üzrə proqram təminatına və Risklərin təhlili üzrə sistemə texniki dəstəyin və təkmilləşdirilmə xidmətlərinin göstərilməsi, Dövlət Vergi Xidmətinin avtomatlaşdırılmış zəng sisteminin (moo.taxes.gov.az) optimallaşıdırlması kimi işlər daxildir.

Təxminən 3 ay əvvəl Dövlət Vergi Xidmətinin keçirdiyi daha bir tender müsabiqəsinin qalibi  “Nooga Development AZ” MMC olub. Bu şirkət “Avtomatlaşdırılmış informasiya sistemi Proqram kassa sistemi” proqram təminatına texniki dəstəyin göstərilməsi və proqram təminatının təkmilləşdirilməsi üçün Vergi Xidmətindən 1 milyon 938 min 244 manat 70 qəpik alıb.

Qeyd edək ki, “Nooga Development AZ” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 3 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyev Ruslan Vahab oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev otaq 26 ünvanında yerləşir.

Onu da bildirək ki, Vergi Xidmətinə milyonlarla manat dəyərində xidmətlər göstərən “Nooga Development AZ” MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabı belə yoxdur.

“Nooga Development Az” MMC Azərbaycan şirkəti kimi dövlət qeydiyyatına alınsa da, eyni adlı şirkət Belarusda fəaliyyət göstərir. Eyni zamanda Gürcüstanda da “Nooga Development GE” adlı şirkət fəaliyyət göstərir. Gürcüstanda qeydiyyatdan keçən bu şirkətin təsisçilərindən biri Belarus vətəndaşı Sergey Xilkeviç (49% pay), digəri isə Belarusda qeydiyyatdan keçən “Nooga Development” şirkətidir (51% pay). 2022-ci ildə Vergi Xidməti heç bir tender müsabiqəsi keçirmədən “Nooga Development GE” (441487909) ilə 2 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Məlumat üçün onu da bildirək ki, Azərbaycandakı “Nooga Development Az” MMC kimi Gürcüstanda qeydiyyatdan keçən “Nooga Development GE” barəsində də açıq mənbələrdə geniş məlumat mövcud deyil. Bu şirkətlərin bağlı olduğu Belarusdakı “Nooga Development” şirkətinin veb-saytı olsa da, şirkət haqqında ətraflı məlumat mövcud deyil.

© Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin