Xəbər
04.10.2024 / 10:38
"Bakı Sığorta" şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
56782
"Bakı Sığorta" şirkəti İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.
Bu barədə Valyuta.az-a İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 10-dan 9-a, ümumi iştirakçılarının sayı isə 15-dən 14-ə enib.
Xatırladaq ki, sentyabrın 26-da sığorta şirkətinin könüllü müraciəti əsasında onun "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay