Sosial
26.09.2024 / 22:28
Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Rəsmi açıqlama
56347
Sosial ipoteka məsələsində ən çox gözlənilən yenilik bankların faizlərinin aşağı salmasıdır.
Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, birbaşa banklarla bağlı məsələdir. Gərək onlar da tərəfdaş olaraq bu məsələdə maraqlı olsunlar:
"Sosial ipoteka ilə bağlı məsələni 2007-ci ildə nazirlik olaraq gündəmə gətirdik. Dərhal qurumlar dəstək verdi. Xüsusi olaraq qanun layihəsi qəbul olundu. Ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq".
Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay