İki milyona yaxın vergi borcu olan şirkət vergi idarəsini məhkəməyə verdi
"Birlik-23" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Məhkəmnə çəkişməsi vergi məsələləri ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətə 1 713 433,16 manat vergi yazılıb. Şirkət isə bu məbləğlı razılaşmadığından məhkəməyə müraciət edib.
"Birlik-23" MMC 26 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 17/51, mənzil 22-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Əbdülov Murad Maqsud oğludur.
Şirkət yarandığı qısa müddət ərzində Gədəbəy Rayon İcra Hakimiyyətinin iki tenderinin qalibi seçilib.
Bu tenderlər Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı keçirilib.
Hər iki tender üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 102 142, 05 manat olub.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay