Xəbər
24.09.2024 / 16:52
“Oba market"in rəhbərliyinə YENİ TƏYİNAT
56171
“Oba market"in rəhbərliyinə yeni təyinat olub.
Valyuta.az-ın şirkətdən əldə etdiyi məlumata görə, “Oba market”in kommersiya direktoru Pərviz Cəfərov İdarə Heyətinin üzvü seçilib. Bununla da, marketlər şəbəkəsinin İH-nin tərkibi 7 nəfərdən ibarət olub.
Qeyd edək ki, Pərviz Cəfərov 2004–cü ildə “Veysəloğlu MMC” də satış təmsilçisi qismində başlayıb. 2016-cı ildən “Araz Supermarket”də müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ilin may ayında isə “Oba market”in kommersiya direktoru vəzifəsini icra edir.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Oba Market” 2016-cı ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Natəvan Yusif qızı İbrahimovadır.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay