Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı
Avropa İttifaqının sanksiyaları Rusiyanın müharibəsi üçün mal axınını dəstəkləyən maliyyə institutlarını, eləcə də Qərbin törəmə şirkətləri tərəfindən Cənub-Şərqi Asiyada istehsal olunan malları hədəfə ala bilər.
Valyuta.az-ın "Reuters"ə istinadən məumatına görə, Aİ nümayəndəsi David O'Sullivan deyib ki, sanksiyalar "sehrli güllə" deyil, onların məqsədi Rusiyanın öz hərbi maşınının yanacağını daha çətin, yavaş və daha bahalı etməkdir.
O əlavə edib ki, sanksiyalardan yayınmaq barədə heç bir illüziyası yoxdur və Moskvaya ikili təyinatlı mallar satan şirkətlərin siyahısını tərtib etmək çox vaxt çaşqınlıq cəhdidir.
Onun sözlərinə görə, Aİ Rusiyanın Mərkəzi Asiya ölkələrindən keçməklə sanksiyalardan yan keçmə kanallarının qarşısını almaq üçün xeyli səy göstərib və kölgə axınının azalması Qazaxıstan, Özbəkistan, Ermənistan və digər ölkələrlə diplomatik səylərdən sonra özünü büruzə verib. Bununla belə, onun qarşısında daha çətin bir vəzifə durur - Cənub-Şərqi Asiyada yalnız tranzit məntəqələri deyil, ölkələrin istehsalçı olduqları analoji axınları dayandırmaq.
"Çindən keçən məhsulların çoxu Qərb şirkətlərinin Cənub-Şərqi Asiyadakı törəmə şirkətləri tərəfindən hazırlanır. Söhbət hərbi təyinatlı məhsulların Rusiyaya daşınmasını potensial olaraq maliyyələşdirən maliyyə institutlarının müəyyən edilməsindən gedir. Əgər belə qurumlar aşkar edilərsə, onlarla əlaqə saxlanılacaq və bildiriləcək ki, dayandırmasalar, qara siyahıya salınması riski var. ABŞ bu cür hərəkətlərdən artıq yaxşı təsir bağışlayıb: ilin əvvəlində üç belə hal olub. Biz məlumat toplamağa və qeydləri müqayisə etməyə başlayırıq", deyə O'Sullivan bildirib.
İyunun 24-də Aİ Şurası Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb. Məlumata görə, 116 hüquqi və fiziki şəxsə sanksiya tətbiq edilib.
Ümumiyyətlə, yeni paketin Rusiya iqtisadiyyatının enerji, maliyyə və ticarət kimi mühüm sahələrini hədəfə aldığı və Aİ-nin məhdudiyyətlərindən yan keçməyi çətinləşdirdiyi bildirilib.
Bundan başqa, siyasi partiyalar və fondlar, eləcə də qeyri-hökumət təşkilatları bundan sonra Rusiyadan maliyyə almağa icazə verilməyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay