BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
55808

Azərbaycanda coğrafi və iqlim şəraitinə görə transsərhəd su ehtiyatlarından çox asılı olduğuna görə su və kanalizasiya sektorunda xidmətləri təkmilləşdirmək üçün institusional islahatların aparılması vacibdir.

Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Avropa İttifaqı (Aİ) və Dünya Bankının "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" adlı hesabatında qeyd edilib.

Bildirilib ki, bu tədqiqat hesabatının hazırlanmasına ehtiyac ona görə yaranıb ki, Azərbaycanda su və kanalizasiya sektorunda xidmətləri təkmilləşdirmək üçün hazırda vacib institusional islahatlar həyata keçirilir. Bu islahatların məqsədlərindən biri ölkədə su sahəsində fraqmentarlığı aradan qaldırmaq və qurumların fəaliyyətində uzlaşmanı gücləndirməkdir.

Hesabatda vurğulanıb ki, institusional islahatlar həm də ona görə vacibdir ki, Azərbaycan coğrafi və iqlim şəraitinə görə transsərhəd su ehtiyatlarından çox asılıdır: "Ölkəyə yerüstü mənbələrdən daxil olan suyun 78 %-i üç qonşu dövlətlə transsərhəd Kür və Araz çayları vasitəsilə daxil olur. Artan tələbat və iqlim dəyişikliyinin təsirləri səbəbindən suyun mövcudluğu azalmaqdadır. Bütün bunlar dayanıqlı su idarəedilməsini aktuallaşdırır".

Hesabat iki tematik blok üzrə təşkil olunub: su sektorunda xidmətlərin göstərilməsi üçün institusional səmərəliliyin artırılmasi və su resurslarının idarə edilməsi üçün rəqəmsal alətlər. Bu tematik blokların daxilində su təchizatı və kanalizasiya xidmətlərinə diqqət yetirməklə səmərəli xidmətlər üçün su sektoru institutlarının gücləndirilməsi üzrə məsləhətlər, kənd yerlərində dayanıqlı içməli su təchizatı və tullantı sularının idarə edilməsi üçün modellər və su ehtiyatlarının uçotu, qiymətləndirilməsi və idarə edilməsi üçün rəqəmsal alətlər barədə məlumat əksini tapıb.

Hesabatda Bakı və ətraf ərazilərdə su itkilərinin azaldılması, çirkab sutəmizləyici qurğuların istismarının səmərəliliyinin artırılması, kənd yerlərində və kiçik şəhərlərdə lisenziyalı (peşəkar) xidmətlərin tətbiqi üçün prioritet strateji proqramların formalaşdırılması, daha iri şəhərlər üçün isə icra nəticələrinə və hədəflərə əsaslanan maliyyələşdirmə mexanizmlərinin tətbiqi üzrə tövsiyələr verilir. Bu proqramlar iqlim risklərinə qarşı dayanıqlığın gücləndirilməsinə, subsidiyaların azaldılmasına və su təchizatı və kanalizasiya sektoru institutlarının maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Su tariflərinin tənzimlənməsi, o cümlədən tarifin səviyyəsi və strukturu nəzərdə tutulan islahatların mühüm xüsusiyyətidir, hesabatda qeyd olunur.

Bu hesabat Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırlanıb. AZTAF proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərməkdir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin