Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı
Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya ilə iqtisadi vəziyyətlə bağlı məsləhətləşmələri təxirə salıb.
Valyuta.az xəbər verir ki, bu barədə fondun Rusiya Federasiyasından olan icraçı direktoru Aleksey Mojin bildirib.
O, Rusiya Federasiyasının sentyabrın 16-da BVF ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.
İndi məsləhətləşmələr qeyri-müəyyən müddətə təxirə salınıb, - Mojin səbəb göstərmədən vurğulayıb.
Sentyabrın 11-də BVF Ukraynada hərbi münaqişə başlayandan bəri ilk dəfə olaraq Rusiya iqtisadiyyatının illik təhlilinin aparılmasının mümkünlüyünü açıqlayıb. Rusiya üçün son icmal 2021-ci ilin əvvəlində dərc edilib.
Təşkilat regionda iqtisadi vəziyyətin “daha sabit” olduğunu və qiymətləndirmənin davam etdirilməsinə imkan verdiyini bildirib.
Rusiya Bankı məsləhətləşmələrin bərpasını təsdiqləyib. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina belə məsləhətləşmələri standart təcrübə adlandırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay