Azərbaycan səkkiz ayda qeyri-neft ixracından 2.2 mlrd. dollar gəlir əldə edib
2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 179.9 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda bildirilib.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar sırasında meyvə-tərəvəz, kimya sənayesi məhsulları, plastmas, polietilen, polipropilen, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və digər məhsullar yer alır.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (752 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə (394.6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (157.7 milyon ABŞ dolları) üçüncü, ABŞ (109.1 milyon ABŞ dolları) isə dördüncü olub.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay