BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
55581

İşğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri və layihələr həyata keçirilir. Artıq minlərlə sakin öz doğma yurd-yuvalarına qayıdıb.

Azad edilən ərazilərdə torpaqların bölünməsi məsələsi gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilib, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda Qarabağda torpaqlardan səmərəli istifadə ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, torpaqlar 3 kateqoriyada bölünəcək:

"İşğaldan azad edilən rayonların əraziləri məlumdur. Ərazilər hökumətin qərarı ilə artırıla və azaldıla bilər. Bu zaman, sözsüz ki, əhalinin sayı, burada həyata keçiriləcək infrastruktur layihələri nəzərə alınır. Dövlət mülkiyyətində, şəxsi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar xüsusi komissiyaların nəzarəti altında xəritələri çəkilməklə və dəqiq ərazilər müəyyən edilməklə bölgü aparılacaq. Elə insanlar var ki, azad şəhərlərdə və mərkəzdə yaşayıblar. Onların həyətyanı torpaq sahələri olur. Ancaq yenidən şəhərsalmanın tələblərinə əsasən mərkəzdə uca binalar tikildiyinə, müasir infrastruktur layihələri həyata keçirildiyinə görə həmin şəxsə digər sahələrdən, onun razılığı əsasında torpaq sahələri verilə bilər. Bələdiyyələrdə o ünvanla özlərinin torpaq sahələrinə sahib olacaqlar".

T.Rzayev vurğulayıb ki, burada heç bir çətinlik yoxdur:

"Çünki müasir texnologiyalar əsasında peyk sistemi vasitəsilə bu torpaqların sahələri müəyyən olunur. Əlbəttə, işğaldan azad olunmuş bəzi rayonların sahəsi həddindən artıq çoxdur. Məsələn, Laçın rayonunun 100-dən artıq kəndi var. Eləcə də Kəlbəcərdə kiçik-kiçik kəndlər var. Bu kəndlərin birləşdirilməsinə ehtiyac var. Ancaq əhalinin sayına, yerləşdiyi əraziyə görə torpaq bölgüsü aparılacaq. Bu qanunauyğundur. Hesab edirəm ki, ərazilərdə yaşayan hər bir insanın əmlak və torpaq hüququ təmin ediləcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin