BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
55541

Azərbaycanın daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib.

Onun sözlərinə görə, yeni tikililərin sayında, həmçinin tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir:

“Tikinti materiallarının bahalaşması əmlak bazarındakı qiymətlərə də təsir edir. Tikintinin maya dəyəri artdığına görə şirkətlər də qiyməti artırırlar. Bu vəziyyət yeni tikilən binalarda da belədir. Yəni tikinti materiallarının bahalaşması tikinti şirkətlərinin yeni tikilən binalardakı qiymətləri qaldırmasına səbəb olur. Belə ki, sahibkar əvvəlki xərcləri ilə müqayisədə 1 kvadratmetrin başa gəlmə xərcinin 10-15 % yüksəldiyini görən zaman təbii ki, son məhsulun, yəni bazara təklif etdiyi mənzillərin qiymətini də bir o qədər artırmış olacaq. Hesablamalara görə, daşınmaz əmlak bazarında bu bahalaşma tendensiyası davam edəcək”.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin eyni dövrünə nisbətən 9,2 % artıb. Bildirilib ki, ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 %, təkrar mənzil bazarında qiymətlər isə 9,2 % artıb.

Qiymət artımı daha çox 2023-cü ildə baş verib. Ötən il xüsusi ilə Bakıda daşınmaz əmlakların qiymətində 15 %-dən- 30 %-ə qədər artım baş verib. Qiymət artımları Bakı, Sumqayıt və digər böyük şəhərlərdə 2023-cü ilin oktyabr ayına qədər davam etdi. 2023-cü ilin oktyabr ayından sonra, artımda dayanma baş verdi. Əmlak bazarında ciddi çöküş yarandı. Lakin 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin verilməsi səbəbindən yenidən əmlak bazarında canlanma baş verdi. Bu aylarda 5-10 % aralığınd qiymət artımı baş verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin