Dünyada neft istehlakı kəskin şəkildə azalıb
Qlobal neft tələbatının artımı 2024-cü ilin birinci yarısında Çin iqtisadiyyatında durğunluq yarandığı üçün kəskin şəkildə azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
BEA-nın məlumatına görə, bu ilin ilk altı ayında qlobal neft istehlakı gündə cəmi 800 min barel artıb. Bu, 2023-cü ilin eyni dövründə qeydə alınan artımın yalnız 1/3-i və 2020-ci il pandemiyası zamanı tələbin azalmasından bəri ən aşağı göstəricidir.
Agentlik qeyd edir ki, Çin neftinə tələbat ardıcıl dördüncü ayda azalıb. İyulda Çində istehlak gündəlik 280 min barel azalıb, əvvəlki 12 ayda isə gündəlik təxminən 1 milyon barel artıb. BEA bütün 2024-cü il üçün Çində tələb artımının gündə cəmi 180 min barel olacağını proqnozlaşdırır.
BEA-nın icraçı direktoru Fatih Birol deyib: "Çinin iqtisadi inkişafı yavaşlayır və elektrik nəqliyyat vasitələrinin nəqliyyat sisteminə nüfuzu çox sürətlə davam edir".
Agentlik qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 2024-cü ildə sutkada 900 min barel, 2025-ci ildə isə 950 min barel səviyyəsində saxlayıb ki, bu da 1%-dən azdır. Bu təxminlər digər analitiklərin təxminlərindən aşağıdır. "JPMorgan Chase & Co." və "Citigroup Inc." 2024-cü ildə müvafiq olaraq 1,3 milyon və 1,5 milyon barel artım gözləyirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay