“Google”un Rusiyadakı eks-direktoru “Whoosh”da müstəqil direktor oldu
“MKPAO Lenta” və “Softline” şirkətlərinin direktorlar şuralarının keçmiş üzvü və “Google MMC”nin keçmiş idarəedici direktoru Yuliya Solovyova “Whoosh” kick-sharing xidmətinin direktorlar şurasına müstəqil direktor seçilib.
Valyuta.az TASS-a istinadla xəbər verir ki, "PJSC VUSH Holding”in səhmdarlarının 9 sentyabr 2024-cü il tarixli ümumi yığıncağının qərarı ilə Yuliya Solovyova müstəqil direktor seçilib. Qeyd olunur ki, bu vəzifədə o, direktorlar şurasındakı mövqeyini qoruyub saxlayaraq, lakin müstəqil direktor statusunu itirərək baş direktorun birinci müavini postunu tutan Anton Eremini əvəzləyib.
2012-ci ilin yanvarından 2022-ci ilin mayına qədər Solovyova “Google MMC”də idarəedici direktor vəzifəsində çalışıb. 2018-2024-cü illərdə “MKPAO Lenta” və “PJSC Softline”ın direktorlar şurasının üzvü, həmçinin “Everest MMC”nin baş direktoru olub. Solovyova qeyd edib ki, öz işində bazarda lider mövqeyini qoruyub saxlayacaq və istifadəçilər üçün xidmət imkanlarını inkişaf etdirəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay