İlon Mask ABŞ-ın sürətlə iflasa uğraması barədə xəbərdarlıq etdi
Amerikalı sahibkar İlon Mask ABŞ-ın sürətlə iflasa uğradığını bildirib.
Valyuta.az xəbər verir ki, Maskın fikrincə, Donald Tramp prezident seçkilərində qalib gələrsə, ölkədə son dərəcə nadir hallarda tənzimləmənin ləğvi və hökumətin həcminin azaldılması imkanı olacaq.
“İndi, -sahibkar vurğulayıb, - Amerika sürətlə iflas edir. Pentaqonun büdcəsi son dərəcə böyükdür və ildə 1 trilyon dollar təşkil edir. Eyni zamanda, dövlət borcu üzrə faiz ödənişləri artıq müdafiə büdcəsini üstələyib”.
Bir gün əvvəl Mask ABŞ-a texniki baxımdan hələ də Co Bayden tərəfindən rəhbərlik etdiyini unutduğunu söyləyib.
Sentyabrın 6-da Mask bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Moskvanın ABŞ seçkilərində Kamala Harrisi dəstəkləyəcəyini söyləməsi onun üçün maraqlıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay