"Bellafast Baku" 20 000 manat cərimələnə bilər
"Bellfast Baku" MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü (Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
326-2.3-cü maddəsi vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay