Tramp Maska bu vəzifəni verəcək
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “Tesla” və “SpaceX”in sahibi İlon Maska hansı vəzifəni verəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp hökumətin səmərəliliyi ilə bağlı komissiya yaratmaq istədiyini və milyarder İlon Maskı isə komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. O, həmçinin Maskın bu quruma rəhbərlik etməyə razılaşdığını bildirib.
Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.
Bundan əvvəl Donald Tramp prezident seçiləcəyi təqdirdə iş adamı İlon Maska nazir və ya müşavir vəzifəsi verəcəyini bildirmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay