BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
55029

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyudur. 1976-cı ildən etibarən istehsalına başlanılan “İstisu” mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanmışdı. Bu gün isə "İstisu" mineral suyu marketlərimizin bəzəyinə çevrilib. Qürur hissi ilə 30 il sonra bu mənzərəyə şahidlik etmək sevindiricidir. Di gəl ki, sosial şəbəklərdə bu mineral suların bazar rəqabətinə nisbətən bir qədər baha olması ilə bağlı fikirlər səsləndirilir. Marketlərdə qiyməti 1 manat 40 qəpikdir. Bəs görəsən bu mineral sular daxili bazar mühitində əvvəlki yerini qoruyub saxlaya biləcəkmi? 

İqtisadçı ekspert Natiq Cəfərli Moderator.az-a bildirib ki, 30 il sonra "İstisu" mineral sularının paytaxtda belə əl çatan olması möhtəşəm hissdir, hər kəs piştaxtalarda bu məhsulu və adını görərkən nostalji hisslər yaşamağı qaçılmazdır. 

"Mineral su bazarı həddindən artıq dolu bazardır. Bazarda Azərbaycanın mineral suları kifayət qədər çoxdur. Ona görə də "İstisu" mineral suyunun qiyməti baha olsa, alıcı tapa bilməyəcək. Qiymətlərin müəyyən qədər azaldılmasının gələcəkdə şahidi ola bilərik. Hələlik ola bilər ki, bu su bazarda baha olsun.

Hər birimizin daxilində bir qürur hissi var. Bu suyun bazara çıxarılması mənəvi olaraq ruhumuzun qidasıdır. O ki, qaldı  iqtisadi tərəfdən yanaşmaya ola bilər ki, bu mineral su mənəvi dəyərinə görə baha olsun. Amma qiymət uzun müddət baha olarsa, rəqabətə davam gətirməyəcək. Bir müddətdən sonra qiymətin aşağı salınması gözləniləndir. Əgər "İstisu" mineral suları xaricə göndərmək üçündürsə, xarici bazarlarda mineral su rəqabəti bazar rəqabətindən həddindən artıq yüksək olması məsələsi var. Mineral su marketinqi ilə məşğul olanlar çoxdur. Ona görə də mineral su bazarını formalaşdımaq üçün onun reklamını təşkil etmək vacibdir. Bunu bacarsalar, təbii ki, Kəlbəcər suyunun daha baha qiymətə satılması mümkündür". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin