BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
55015

Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan sakinlər evlərinin söküləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar illərlə dar, təmirsiz evlərdə yaşamaqdan bezdiklərini, normal şəraitli mənzillərlə təmin olunmaq istədiklərini bildirirlər.

Deyirlər ki, hər il gəlib evlərinin ölçülərini götürürlər, söküntü vəd edirlər, di gəl ki, bir nəticə olmur.

Alatavalılar uzun müddətdir ki, gələnin-gedənin ağzına baxır, xoş bir xəbər eşidəcəklərinə ümid edirlər. Amma nə fayda ...

“Mən 23 ildir ki, burada yaşayıram. İllərlə deyilir ki, Alatava sökülür. Gəlib ölçüb, gedirlər. Ancaq bir xəbər yoxdur. Gəlib söksünlər, biz də normal şəraitli mənzildə yaşayaq da”, -sakinlərdən biri deyir. 

Doğrudur, rayonun bir hissəsində söküntüyə başlanılıb. Amma bu, çox da geniş ərazini əhatə etmir. Ən böyük problem isə budur ki, sakinlər onlara verilən kompensasiya ilə razılaşmırlar. Deyirlər ki,  hər kvadrat metrə 1400-1500 manat təklif olunur ki, bu da onlara yeni ev almaq üçün sərf etmir. Elə bu səbəbdən də evləri nisbətən kiçik və dar olanlar satıb oradan çıxırlar.

“Elə pul versinlər ki, heç olmasa gedib özümüzə şərait qura bilək. İllərlə övladlarım kirayədə qalırlar. Heç olmasa balalarımla bir evə yığışa bilim. Nə qədər dar evdə kök salıb qalmaq olar”, -xanım sakin bildirir. 

Mənzilləri yaxşı yerdə yerləşən və geniş olanlar isə şirkətlərlə mübarizədədirlər. Məhz elə bu səbəbdən də vətəndaşlar ərazidəki evlərini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Sakinlərin dediyinə görə, onların evlərinin ətrafını qazırlar və yaxud da ev yiyələri mənzildə ola-ola söküntü aparırlar.

“Ötən gün Alatavanın digər hissəsində sakin evdə olarkən söküntü aparmışdılar. Çox qorxmuşdu. Özləri qəsdən edirlər”.

Qısa desək, sakinlər rahat mənzilləri, sahibkarlar isə üzü yola, ucuz pulla razılaşan ev yiyələrini əl-əl axtarırlar. Onlar arasında razılığın isə izi-tozu görünmür.  

Musavat.com  sözügedən video-reportajı təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin