İnşaat və əmlak
05.09.2024 / 12:38
Bakıda bu binalar bərpa olunacaq - Pul ayrıldı
55010
Bakıda bəzi yaşayış binaları təmir və bərpa olunacaq.
Valyuta.az xəbər verir ki, söhbət paytaxtın Əziz Əliyev küçəsi 1, 3, 5, 7, 9 ünvanlarında və Neftçilər prospekti 103 ünvanında yerləşən yaşayış binalarından gedir.
Təmir işlərini Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" şirkəti həyata keçirəcək.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə şirkət arasında təmir işləri ilə əlaqədar olaraq dəyəri 185 000 manat olan müqavilə bağlanılıb.
Qeyd edək ki, "Atelier Erich Pummer GmbH" 2010-cu ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir.
© İqtisadiyyat.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay