Dövlət şirkətinin direktoruna müavin təyin edilib
Azərbaycan Dəmir Yollarının törəmə şirkəti “ADY Express” MMC-nin baş icraçı direktoruna müavin təyin edilib.
Valyuta.az xəbər verir ki, bu Kamal Hüseynlidir.
2022-ci ilin sentyabrından “ADY Container” və “ADY Express” şirkətlərində baş maliyyə inzibatçısı vəzifəsində çalışır.
1994-cü ildə anadan olub. İsveçrənin Cenevrə Beynəlxalq Universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavriat, İspaniyanın Barselona Muxtar Universitetində beynəlxalq biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb.
Təhsilini Böyük Britaniyanın York Universitetində ətraf mühitin iqtisadiyyatı ixtisasının aspirantura/doktorantura pilləsi üzrə davam etdirir.
Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay