Çinə boru kəməri müqabilində Putin Monqolustana bu təklifi etdi
Rusiya Çinə “Sibirin Gücü-2” boru kəməri çəkilərsə, Monqolustana “ucuz qaz” tədarük etmək imkanını nəzərdən keçirir.
Valyuta.az "The MoscowTimes"a istinadla xəbər verir ki, bu barədə Vladimir Putin bildirib.
“Moskva monqol dostlarının artan yanacağa olan tələbatını güzəştli qiymətlərlə ödəmək üçün kömək istəməsinə həmişə cavab verir”, - o deyib.
O, əlavə edib ki, Rusiya və Monqolustan “onilliklər boyu səmərəli əməkdaşlığa malikdir” və onunla tərəfdaşlığın inkişafı “Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və olaraq qalır”.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü il sentyabrın 2-də Putin 5 ildən sonra ilk dəfə Monqolustana rəsmi səfərlə, ərazisindən “Sibirin Gücü-2” boru kəmərinin keçəcəyi ölkəyə uçub. Kremlin fikrincə, layihə gücü ildə 50 milyard kubmetr olan yeni boru kəməri “Qazprom”un müharibədən əvvəl ildə 150 milyard kubmetrdən çox qaz nəql etdiyi Avropa qaz bazarındakı itkisini əvəz edə bilər. Monqolustan isə ölkənin koalisiya hökumətinin avqustda təqdim etdiyi növbəti 5 il üçün milli inkişaf planına “Sibirin gücü -2”ni daxil etməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay