Rusiya və Çinin rəqəmsal valyutaları hesablaşma alətinə çevrilə bilər
Rusiya Federasiyası və Çinin rəqəmsal valyutaları ikitərəfli səviyyədə hesablaşma alətlərindən biri kimi nəzərdən keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin sədri Anatoli Aksakov bildirib.
Deputat qeyd edib ki, Rusiya çinli həmkarlarının rəqəmsal yuanın tətbiqi təcrübəsini böyük maraqla izləyir. Xüsusilə, onun xarici ticarətdə istifadəsinə dair təkliflər öyrənilir. Aksakov aydınlaşdırıb ki, lazımi texnoloji və tənzimləmə şərtləri yaranan kimi mərkəzi bankların rəqəmsal valyutaları ikitərəfli səviyyədə hesablaşma alətlərindən biri kimi nəzərdən keçiriləcək.
Deputat vurğulayıb ki, ayrıca təhlükəsiz rəqəmsal hesablaşma kanalının yaradılması transsərhəd ödənişlərin problemsiz həyata keçirilməsinə kömək edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay